Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib

Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ordumuzun apardığı əks-hücum əməliyyatları davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.
Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib. Təqdim edilən videoda bir az əvvəl iki ədəd düşmən tankının məhv edilməsi anı əks olunub. 
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Xəbər lenti