Məhkum ailəsinə mobil telefona görə yardım verilmir: "Uşaqların üzünə baxa bilmirəm..." Məhkum ailəsinə mobil telefona görə yardım verilmir:

Məhkum ailəsinə mobil telefona görə yardım verilmir:
Загрузка...
"Bu pəhləvan müdirlər isə özlərini Prezidentdən üstün tutur..."
"Axı qanunvericilikdə necə qeyd edilə bilər ki, ailə başçısı həbsdə olan, 3 azyaşlı uşaqla bir damın altında köməksiz vəziyyətdə qalan, torpağı, bir maaşlı işi olmayan ailəmizə ünvanı sosial yardım düşməsin? Bəs onda bu yardımın verilməsi kimlərə şamil olunur? Nə olsun ki, 12 km məsfədə yerləşən qonşu kənddə yaşayan anam hər gün 2 ədəd çörək gətirib uşaqlara verir ki, yaşasınlar. Mən bir ana olaraq indi balaca uşaqların üzünə baxa bilmirəm ki, bürokrat idarə rəhbərliyi son ümidimiz olan ünvanlı sosial yardımın verilməsinə əsassız qadağa qoyub". 
Şəki rayonun Aşağı Göynük kəndində yaşayan Aynurə Mənəfova Criminal.az saytına bildirib ki, 5 nəfərlik ailə üzvlərimizdən həyat yoldaşı Mənəfov Vüsal Mirzəli oğlu törətdiyi avtoqəzaya görə 7 il müddətinə həbs cəzasına məhkum edilib. Onun sözlərinə görə, ailə başçısı hazırda da cəzaçəkmə müəssisəsindədir, iki övladı məktəblidir, bir övladı isə 4 yaşı var. 

O, özünə məxsus olan 0.84 ha pay torpaq sahəmizi 13 kilometr uzaqda yerləşdiyinə və çoxlu borca düşdüyünə, gedib-gəlib istifadə edə bilmədiyimə görə bu ilin iyun ayının əvvəlində notarial qaydada Şəki rayonun Cumakənd sakini Qədirov Ramiz Ramazan oğluna satdığını deyir: "Hazırda məhbəsdə olan Vüsal Mənəfovun üstündə olan 0,4 ha pay torpağında atası Mirzəli Mehrəli oğlu Mənəfov buğda əkib istifadə edir. Torpağımız faktiki olaraq istifadəmizdə olmadığı halda Şəki Rayon Məşğulluq Mərkəzi bizə ünvanlı sosial yardım verilməsilə bağlı müraciətimizə 05 iyul 2019-cu il tarixində imtina məktubu yazıb göndərib. Formal səbəbini də göstərib ki, ailənin üstündə torpaq sahəsi var. İkinci imtina səbəbində də qeyd olunur ki, ailənin başçısı olmuş Vüsal Mənəfovun adına mobil telefon mövcuddur. Mən də idarəyə arayış vermişəm ki, həyat yoldaşım Vüsal 5 ildir həbsdədir və 5 il əvvəl aldığı telefon nömrəsindən başqası - kürəkənləri Elmar Akif oğlu hazırda istifadə edir. Axı bu savadsızlar bilməli idilər ki, formal imtina məktubu yazanda bir balaca həqiqətə və məntiqə uyğunluğu olsun. Necə ola bilər ki, hazırda məhbəsdə olan Vüsal telefon işlətsin?". 

Vüsal Mənəfov
A.Mənəfova hesab edir ki, günah bu savadsız və məntiqsiz məktubu imzalayan boyu 2 m, pəhləvan cüssəli Şəki DMX-ti rəisində də deyil, onu bu vəzifəyə təyin edən yuxarıdakı binəvalardadır:
"Əgər DMX müdiri yerinə hansısa əlilliyi olan, hümanistlik və insanlıq hisslərilə yaşayan bir kimsəsiz və savadlı şəxs təyin olunsaydi, bu gün mənim kimi minlərlə əlacsız və bir tikə çörəyə möhtac insanlar DMX qapılarında süründürməçiliyə məruz qalmazdıq. Bu pəhləvan müdirlər isə özlərini Prezidentdən üstün tutur və biz yoxsulluq həddindən də aşağıda yaşayanları onların xidmətçiləri-qulları hesab edirlər. Məcbur olub prezidentə və Mehriban xanıma müraciət edirəm. Bilirəm ki, onlar çox xeyirxah insanlardır. Odur ki, dövlətimizin başçısından və vitse-prezidentdən xahiş edirəm ki, mənim başsız qalmış 5 nəfərlik ailəmə ünvanlı sosial yardımın verilməsində köməklik göstərəsiniz". 




Загрузка...
Загрузка...

Xəbər lenti