Binəli Yıldırım və övladlarının offşor şirkətləri haqqında yazan jurnalist həbs edilib - "Mən də bacaracam..."

Binəli Yıldırım və övladlarının offşor şirkətləri haqqında yazan jurnalist həbs edilib -
Загрузка...
 Türkiyənin "Cumhuriyet” qəzetinin müxbiri Pelin Ünkər həbs edilib. Qəzet yazır ki, jurnalistin həbs edilməsinə səbəb "Paradise Papers” (Cənnət kağızları) adlı xəbərlər silsiləsidir. Həmin yazılarda jurnalist Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və övladlarının Maltada offşor şirkətləri olduğunu yazıb.
Məhkəmə hesab edib ki, Pelin Ünkər bu xəbərlərdə Binəli Yıldırımı təhqir edir və buna görə də jurnalistin 1 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. P.Ünkər həmçinin 8 min 600 türk lirəsi cərimə ödəməlidir.
Jurnalistin vəkillərindən biri Binəli Yıldırım və övladlarının məhkəməyə təqdim etdiyi şikayət ərizəsində yanlışlıqlar olduğunu vurğulayıb. O, həmin ərizədə yer alan və Pelin Ünkərə aid edilən bəzi yazılarda əslində onun imzasının olmadığını deyib. Vəkilin sözlərinə görə, "Paradise Papers” silsilə xəbərlərində jurnalist Məclis sədrini və onun övladlarını təhqir edən heç bir ifadəyə yer verməyib.
Digər bir vəkil isə bildirib ki, bu sənədlər bütün dünyada yayımlansa da təkcə Pelin Ünkər məhkəməyə verilib və indi də həbs edilir. Pelin Ünkər məhkəmədən çıxarkən verdiyi açıqlamada həbsin səbəbini belə izah edib:
"Bu cəza ona görə verilir ki, bir daha əlimə bu cür material düşəndə həbs edilməkdən çəkinib xəbəri yazmayım. Təbii ki, peşəmlə məşğul olmağa davam edəcəm. Digər jurnalistlər necə edirlər? Mən də bacaracam".
Загрузка...
Загрузка...

Xəbər lenti