"Bilmirəm prokurorlar və nəvələri məni niyə sevmir..." - Tanınmış vəkil Baş Prokurorluğu büdcəni talamaqda ittiham edir

Загрузка...
"Büdcənin milyardlarla manat talanması və bu məsələdə prokurorluğun da iştirakı ilə bağlı əlimdə olan məlumatları..." 
Tanınmış vəkil Adil İsmayılov Baş Prokurorluğu büdcəni talamaqda ittiham edir. Vəkil "facebook" profilində qeyd edib ki, keçən il Baş prokurora büdcənin talanması ilə bağlı bir məktub yazıb və göstərib ki, təqdim edilmiş məlumatlara və vergi bəyannamələrinə əsasən 100 manat Nizamnamə kapitalı olan "Dizayn Construction” MMC-nin 01.07.2013-cü il tarixdən 30.06.2014-cü il tarixədək dövriyyəsi 106.828.011,31 (yüz altı milyon səkkiz yüz iyirmi səkkiz min on bir) manat olub. Həmin dövrdə təkcə Daşkəsən rayonunda 5.458.453 manatlıq təmir tikinti işləri həyata keçirən, o cümlədən iki milyon manata körpü tikən bu şirkət elə həmin dövrdə respubliika prokurorluğunun əməkdaşları üçün 383.694,72 manatlıq geyim forması tikib.
A.ismayılov qeyd edib ki, prokurorluq nəinki cavab verməyib, heç məktubumunu qeydiyyata da almayıb: "İlin sonunda büdcənin milyardlarla manat talanması və bu məsələdə prokurorluğun da iştirakı ilə bağlı əlimdə olan məlumatları maliyyə naziri ilə görüşüb çatdırmaq üçün onun köməkçisinə zəng etdim. Babasının prokuror işlədiyini deyən köməkçidən də bir xəbər çıxmadı. Bilmirəm prokurorlar və nəvələri məni niyə sevmir...".
Məsələ ilə bağlı Baş Prokurorluğun mövqeyini təqdim edəcəyik. 
 

Загрузка...
Загрузка...

Xəbər lenti