Biləsuvar rayonunda şikayətçilərlə polis arasında insident baş verib

Biləsuvar rayonunda şikayətçilərlə polis arasında insident baş verib
Загрузка...
Mayın 4-də Biləsuvar rayonunun (Bakıdan 179 kilometr cənub) sakinləri yerli icra hakimiyyətinini binası qarşısına toplaşaraq sosial ödənişlərin verilməsini tələb ediblər. Sosial şəbəkələrədə yayılan videolardan görünür ki, sakinlər sosial tələbləri dinlənilməyib və bu etiraza səbəb olub. "Rayonda ciddi sosial problemlər, işsizlik var, yaşamaq üçün heç bir şey yoxdur,” sakinlərdən biri bildirib. Onlarla şikayətçi icra hakimiyyətin binasına daxil olmağa cəhd edib. Bu zaman polislə qarşıdurma yaranıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hadisə zamanı polisə müqavimət göstərilib.
"Bir qrup vətəndaş sosial yardımların gecikməsi ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısına toplaşmağa cəhd edib. Ərazidə xidmətdə olan polis əməkdaşları dərhal ora gələrək həmin şəxslərlə söhbət aparıb. Bu zaman sakinlərdən biri polis əməkdaşının qanuni tələbinə əməl etməyib və əvvəl polislərə müqavimət göstərib. Daha sonra həmin şəxs polisə əli ilə xəsarət yetirib. Dərhal polis əməkdaşları həmin vətəndaşı saxlayıb və barəsində araşdırma aparılması üçün rayon prokurorluğuna göndərilib. Vətəndaşlar iddia edirlər ki, polis əməkdaşları onlara xəsarət yetirib. Lakin belə bir hal baş verməyib,” o qeyd edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 1-də yaydığı məlumatına görə, Biləsuvar rayon icra hakimiyyəti başçısı Mahir Quliyev vəzifə səlahiyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə həbs olunub.
Məlumatda deyilir ki, Mahir Quliyev birinci müavini Xanlar Məmmədov vasitəsilə ehtiyacı olan vətəndaşlara sosial yardım üçün ayrılmış vəsaiti qanunsuz olaraq mənimsəyib. Həmçinin, icra hakimiyyətinə ayrılmış digər vəsaitlər də mənimsənilib.

Xəbər lenti