Biden-in Putinə "qatil" deməsindən sonra Rusiyanın ABŞ-dakı səfiri Moskvaya çağırılıb

Biden-in Putinə
ABŞ Prezidenti Joe Biden-in Rusiya Prezidenti Vladimir Putin haqqında dediklərindən sonra Rusiyanın Washington-dakı səfiri danışıqlar üçün Moskvaya çağrılıb. Rusiya hökuməti səfir Anatoly Antonovun ABŞ-la münasibətlərin "çıxılmaz vəziyyətdə" olduğu üçün çağrıldığını bildirib.Moskvanın qərarı ABŞ Prezidenti Biden-in Putinin seçki müdaxiləsi iddialarına görə "əvəzini ödəyəcəyini" söyləməsindən sonra qəbul edilib. ABC News-a verdiyi müsahibədə Biden Rusiya liderinin "qatil" olduğunu düşündüyünü təkrarlayıb.
Biden bu sözləri Putinin keçən ilin noyabr ayında keçirilmiş "prezident seçkilərinə müdaxiləsindən" bəhs edən Amerika kəşfiyyatının hesabatını şərh edərkən söyləyib.Biden öz məruzəsində Rusiyanı seçkilərdə keçmiş Prezident Donald Tramp-ın lehinə təsir etməyə çalışmaqda günahlandırıb.Putinin sözçüsü Dimitry Peskov ittihamlar üçün heç bir dəlilin göstərilmədiyini və daha çox ikitərəfli münasibətlərə zərər verəcəyini bildirib.Hesabatda yer alan qərarlara görə, ABŞ-ın gələn həftə Rusiyaya qarşı embarqo tətbiq edəcəyi gözlənilir. 

Rusiyanın ABŞ-dakı səfiri Anatoly Antonov
Rusiya Xarici İşlər Nazirliyi nə deyib?
Rusiya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilir ki, "Rusiyanın ABŞ-dakı səfiri Anatoly Antonov ABŞ-la münasibətlərdə nələrin edilməsi lazım olduğunu təhlil etmək üçün Moskvaya çağrılıb".
Açıqlamada deyilir ki, Moskva "münasibətlərdə düzəlməyəcək dərəcədə pisləşmənin qarşısını almaqda" maraqlıdır.Bəyanatda "Bizim üçün ən başlıcası Waşinqton-u çıxılmaz vəziyyətə gətirərkən Rusiya-Amerika münasibətlərini düzəltməyin yollarını müəyyənləşdirməkdir" ifadələri də yer alıb. Biden nə deyib? Yanvar ayının sonunda bir telefon söhbətində Biden Putini seçki müdaxiləsi iddialarına veriləcək potensial cavab barədə xəbərdar etdiyini açıqlayıb və "bunun əvəzini verəcəyini" söyləyib.
Bunun nə olduğu soruşulduqda Biden "bunu tezliklə görəcəksiniz" deyib və Putinin qatil olduğunu düşündüyünə dair suala "düşünürəm" cavabını verib.Daha sonra çıxış edən Ağ Ev sözçüsü Jen Psaki Rusiya-Amerika münasibətlərinin Tramp-ın prezidentliyi zamanındakından fərqli olacağını söyləyib və "Ruslardan mütləq atdıqları addımların hesabı istəniləcək" deyib.ABŞ Ticarət Nazirliyi 17 Mart çərşənbə günü Rusiya ilə ticarətdə yeni məhdudiyyətlər elan edib. Bunlar milli təhlükəsizliklə əlaqəli avadanlıqların, texnologiyaların və proqram təminatlarının Rusiyaya ixracı və yenidən ixracı ilə əlaqədardır. Yeni ticarət məhdudiyyətləri 18 Mart tarixindən etibarən qüvvəyə minəcək.Rusiya öz vətəndaşlarına - Aleksey Navalniyə, o cümlədən Yuliay və Sergey Skripala qarşı kimyəvi silah istifadə etməklə yanaşı 2020 Amerika seçkilərinə müdaxilə cəhdində günahlandırılır.
Kəşfiyyat hesabatında nə deyilirdi?
ABŞ Milli Kəşfiyyat İdarəsi tərəfindən çərşənbə axşamı günü yayımlanan 15 səhifəlik hesabatda İranla yanaşı Rusiya tərəfindən də həyata keçirilən "müdaxilə əməliyyatları" təsvir olunur.ABŞ Milli Kəşfiyyatının məxfi hesabatı yayımlandıqdan sonra Rusiya və İranın 2020-ci il prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışdıqlarını, onlardan başqa heç bir xarici dövlətin səsləri, bülletenləri saxtalaşdırmağa və nəticələrini dəyişdirməyə çalışmadığı bildirilib. Sənəddə, həmçinin Rusiya ilə əlaqəsi olan şəxslərin 3 noyabr seçkilərindən əvvəl Prezident Biden haqqında əsassız iddialar yaydıqları vurğulanır. Eyni zamanda, dezinformasiya kampaniyasının seçki prosesinə inamı sarsıtmağa çalışdığı iddia edilir.
Hesabatda, Rusiya kəşfiyyatına bağlı bəzi şəxslərin mediada və yüksək vəzifəli məmurlarla və Trampın müttəfiqləri ilə Biden əleyhinə ritorika yaydıqları qeyd edilib. Rusiyanın Vaşinqtondakı səfirliyi bu ittihamları əsassız hesab edib.Rusiya fond birjası, həmçinin rublun dəyəri Biden-in açıqlamalarından və Amerika səlahiyyətlilərinin hərəkətlərindən sonra düşüb. Moskva birjasının məlumatlarına əsasən, dolların məzənnəsi 1,13 rubl artaraq 73,98 rubla, avronun məzənnəsi isə 1,33 rubl artaraq 88,08 rubla qədər yüksəlib.

Xəbər lenti