“Bıçaqla hücum çəkib, ağacla döyərək xəstəxanalıq edib, cəzasız qalıb”

27 Yanvar 2022, 18:08
27 Yanvar
2022
18:08
859
Gədəbəy sakini polisin hərəkətsizliyindən şikayətçidir
"Ötən il dekabrın 27-də üzərimə bıçaqla hücum edib, bu il yanvarın 20-də çay yolunda tutub döyərək məni xəstəxanalıq edib, polis heç bir addım atmır”.
Gədəbəyin İnəkboğan kənd sakini Asif İbrahimovun şikayəti Gədəbəy Rayon Polis Şöbəsindəndir. O, Meydan TV-yə danışır ki, həmkəndlisi və qonşusu olan bir nəfər ona iki dəfə hücum edib, birinci dəfə bıçaqla hədələyib, ikinci dəfə döyüb. Ancaq Gədəbəy Rayon Polis Şöbəsi nə birinci, nə də ikinci hadisəylə bağlı heç bir tədbir görmür.
"Məni bıçaqla qabağına qatdı”
Asif İbrahimovun sözlərinə görə, qonşusu ilə onun arasında şəxsi zəmində mübahisə düşüb:
"Dekabrın 27-də yaşadığım ünvana gəldi, əlində bıçaq vardı, üstümə cumdu, dedi, niyə ortalıqda söz gəzdirirsən. Bildirdim ki, o məsələdə ki, məni günahlandırır, mənim heç bir günahım yoxdur, ona yalan danışıblar, mənim üzərimə göndəriblər. Məni bıçaqla qabağına qatdı, qaçdım. Bununla bağlı DİN 102 Xidmətinə zəng vuraraq məlumat versəm də, heç bir nəticəsi olmadı. Nə izahatım alındı, nə onu dindirən oldu… Növbəti dəfə yanvarın 20-də heyvanları suvarmaq üçün çaya aparanda yenə yolumu kəsdi”.
"Ağacla döyərək xəstəxanalıq etdi”
Asif İbrahimov deyir, qonşusu bu dəfə ondan ötən dəfəkinə görə niyə polisə şikayət etdiyini soruşub və ona təpiklə, yumruqla xəsarətlər yetirib. Başqa bir qonşu hadisə yerinə çataraq onu zərbələrdən xilas edib:
"Qonşum yaxınlıqda olub hadisədən xəbər tutmasaydı, məni döyə-döyə öldürəcəkdi. Əvvəl boğazımdan yapışdı, məni boğmaq istədi. Sonra başıma, qarnıma, böyrəklərimə, ciyərlərimə təpiklər, yumruqlar vurdu. Bu azmış kimi, taxta parçasıyla da döydü. Zərbələrdən huşumu itirmişdim. Məni təcili yardım maşınıyla Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına götürdülər”.
"Polis deyir, silləyə, təpiyə görə cinayət işi başlanmır”
Asif İbrahimov deyir, bu dəfə Gədəbəy Rayon Polis Şöbəsindən gələrək xəstəxanada ondan izahat alıblar. Hadisədən bir həftə ötüb, bu müddət ərzində polis bir daha onun vəziyyətilə maraqlanmayıb:
"Bütün daxili orqanlarım əzilib. Hazırda göndəriş vərəqəsiylə Gəncəyə Abbas Səhhət adına Xəstəxanaya gəlmişəm. Birinci dəfə üstümə cumanda polis gəlib dedi ki, bir silləyə, təpiyə görə heç kimə cinayət işi açmırlar. Başa düşə bilmirəm, gərək adam adamı vurub öldürə, ondan sonra cinayət sayıla? Mən küçədə sərbəst gəzə bilmirəm. Kim zəmanət verir ki, o adam cəzasız qalmağından arxayınlaşıb mənə növbəti dəfə hücum etməyəcək?”
Gədəbəy Rayon Polis Şöbəsindən isə Meydan TV-yə bildiriblər ki, Asif İbrahimovun döyülmə faktına görə araşdırma aparılır. Həm Asif İbrahimovun, həm şikayətçi olduğu Eşqin Ələkbərovun, həm də şahidlərin izahatları alınıb. Ekspertiza rəyi daxil olduqdan sonra növbəti hüquqi addımlar atılacaq.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
Manşet, Cəmiyyət
Bakıya yeni prokuror təyin edildi
-
Manşet, Cəmiyyət
Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
Manşet, Cəmiyyət
Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
Manşet, Cəmiyyət
Elmira Axundova haradadır?
-
Manşet, Cəmiyyət
Qubad İbadoğlu: “Putin üçün gözlənilməz nəticələr…”
-
Manşet, Cəmiyyət
Eldar Həsənovun övladları prezidentə müraciət etdi
-
Manşet, Cəmiyyət
"Bəyannamənin həyata keçirilməsi, müşküldür, çünki..."
-
Manşet, Cəmiyyət
Kürdəmirə də yeni başçı təyin olundu