“Biabırçı cinayət törətmiş Ramil Səfərovun...” – Jurnalistin paylaşımı etiraza səbəb oldu

“Biabırçı cinayət törətmiş Ramil Səfərovun...” – Jurnalistin paylaşımı etiraza səbəb oldu
Загрузка...
Jurnalist Xədicə İsmayılın sosial şəbəkədəki paylaşımı etirazla qarşılanıb. Criminal.az xəbər verir ki, o, hakimiyyəti tənqid edərək yazıb:
"Münaqişəni uzadırlar ki, hərbi büdcəni yeyib, pul qazansınlar, buna etiraz edən adamların üstünə vətənpərvərlik adı altında saçyolanları göndərirlər. Adamların vətənə sevgisindən sui-istifadə edib bayraq dirəyində pul yedilər, biabırçı cinayət törətmiş Ramil Səfərovun üzərindən seçkiqabağı xal qazandılar. Xalqın duyğularını yalnız özlərinin xeyri üçün sömürdülər. Bu qədər duyğu sömürüsündən sonra Qarabağ hələ də işğal altında və biz bu qədər qurban vermişkən hələ də dünyaya vəhşi olmadığımızı sübut etməliyik. Əliyevlərin bizə vurduğu ziyan ölçüyə gəlmir sadəcə”.
Jurnalistin Ramil Səfərovla bağlı ifadəsi sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etiraza səbəb olub. X.İsmayılın statusuna yazılan şərhlərin bir neçəsini təqdim edirik: 
"Burda Ramilin biabırçı cinayət elədiyini deyənlərin anaların, bacıların ermənilərin qabağına atmaq lazımdı, görək öpüb başlarına qoyacaqlar? Ailələrin tanımıyan qanlarından əqidələrindən xəbəri olmayan insanlar Ramilə cinayətkar deyir".
"Siz deyirsiz Ramil Səfərov biabırcı cinayət törədib, sizin azərbaycanlı olmağınızdan şübhəm var, yazıqlar olsun sizə, sizinlə eyni havada nəfəs almağıma təəssüf edirəm Xədicə İsmayıl". 
Загрузка...
Загрузка...

Xəbər lenti