Beynəlxalq Bank vasitəsilə ölkədən 356 milyon çıxarılıb

Beynəlxalq Bank vasitəsilə ölkədən 356 milyon çıxarılıb
Загрузка...

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş 5,5 milyard manat pulu leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin məhkəməsi keçirilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə şahidlər dindirilib.

Məhkəmədə elan olunub ki, bir gün ərzində "AGbank”ın Xətai filialından 10 milyon manat pul köçürülüb. 

 

Şahid Kənan Orucov ifadə verərək deyib ki, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin ilk cinayət işi üzrə təqsirləndirilib və şərti cəza alıb.

İttihama görə, 2013-2015-ci illər arasında Beynəlxalq Bankdan R.Vəliyevin adına olan 5 şirkət vasitəsi ilə ölkədən xarici bank hesablarına 356 milyon dollardan çox pul köçürülüb.

2003-2015-ci illərdə Beynəlxalq Bankın Nəqliyyat filialının rəhbəri işləyən K.Orucov qeyd edib ki, təqsirləndirilən şəxsləri tanımır: "Bankda bir neçə firma əməliyyat aparıb. Konkret bu şəxslərin banka pul gətirdiklərini xatırlamıram”. 

Rüfət Vəliyev deyib ki, Beynəlxalq Banka pulu nağd şəkildə aparıb, kassaya təhvil verib.

Proses martın 6-da davam etdiriləcək.

Загрузка...
Загрузка...

Xəbər lenti