Yanaqdoldurma məntəqəsinə basqın oldu - FOTO

Yanaqdoldurma məntəqəsinə basqın oldu - FOTO
Загрузка...

Tovuzda oğurluq hadisəsi baş verib. Criminal.az TTV (Region TV) xəbər verir ki, səhər saatlarında rayonun Əyyublu kəndində yanacaqdoldurma məntəqəsinə hücum edən şəxs və ya şəxslər yanacaq almaq adı ilə məntəqədə fəaliyyət göstərən operatora yaxınlaşıblar. Avtomobilin yanacaq çənini tam doldurduqdan sonra onu bıçaqla hədələyiblər. 

Daha sonra fiziki zor tətbiq edərək operatora xəzinəni açdırıblar. Pulları götürdükdən sonra onun əl-qolunu bağlayıblar. Növbə təhvil verilmədiyindən oğurlanan pulun miqdarı məlum deyil. Yanacaqdoldurma məntəqəsində təhlükəsizlik kamerasının olmaması cinayətkarları tapmaqda çətinlik yaradır. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi açılıb,araşdırma aparılır. 

Criminal.az

YanaqdoldurmaYanaqdoldurmaYanaqdoldurmaYanaqdoldurmaYanaqdoldurma
Загрузка...
Загрузка...

Xəbər lenti