Bəxtiyar Hacıyevi ölümlə hədələyən "Bratva Rovşana" tutuldu

Bəxtiyar Hacıyevi ölümlə hədələyən
Загрузка...
Deputatlığa namizəd Bəxtiyar Hacıyev ölümlə təhdid edilib. Bu haqda onun özü sosial şəbəkədə məlumat yayıb:
"Whatsappla zəng edib, məhv etməklə təhdid edirlər. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verdim. Mənə zəng edib, təhdid edən şəxsin nömrəsini axtardıqda "Şeyx Həmzətin köməkçisi", "Bratva Rovşana", "Port Bakuda ev satır 1000 kv/m", "Vertu bahalı", bir neçə yerdə "Bentley", "Ramada Otel", "Pomoshnik Djavada", "Gəncə süd zavodu", "villa, bağ, arxitektor", "535 rəis üçün" çıxır. Şeyx Həmzəti google axtarış sistemi "çeçen kriminal avtoritet" kimi göstərir".
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təhdid olunması ilə bağlı müraciəti əsasında araşdırma aparılıb. Yasamal RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.
Müəyyən olunub ki, E.Bağırov CM-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti