Bəxtiyar Hacıyev Prezident Administrasiyası qarşısında aksiya keçirib

Bəxtiyar Hacıyev Prezident Administrasiyası qarşısında aksiya keçirib
İctimai-siyasi fəal Bəxtiyar Hacıyev mənəvi terrora etiraz olaraq bu gün Prezident Administrasiyası qarşısında aksiya keçirib. Criminal.az bildirir ki, B.Hacıyev sosial şəbəkə hesabında təkadamlıq aksiya keçirəcəyi ilə bağlı məlumat yaymışdı.
''Mənə qarşı aylardır həyata keçirilən, hüquq-mühafizə orqanları, məhkəmələrin birgə həyata keçirdikləri əxlaqsız və ləyaqətsiz mənəvi terror kampaniyasına son etiraz aksiyamı Prezident Administrasiyasının qarşısında bu gün həyata keçirəcəyəm. Onsuz da yaşamaq demək olmaz buna, yaşamağın imitasiyasını da etməyim boş yerə''.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidov "Qafqazinfo”ya açıqlama verib. O, Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumatı təsdiqləyib: "Onunla profilaktik söhbət aparıldıqdan sonra buraxılıb”.

Xəbər lenti