Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”

09 Mart 2022, 23:49
09 Mart
2022
23:49
1161
"Rəis mənə dedi ki, şalvarını çıxardıb, butulka üstündə oturdarıq”
Martın 9-da günorta saatlarında Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edən ictimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.
Polis əməkdaşları fəalın şəxsi avtomobilinə hücum edib, maşının pəncərəsini sındıraraq onu özləri ilə aparıblar.
Baş verənlər Bəxtiyar Hacıyevin "Facebook” hesabından canlı yayımlanıb.
Yayım zamanı ictimai fəalın avtomobilinin arxa şüşəsindən "Vilayət Eyvazov, cinayətkarları himayə etmə!” sözlərinin yazıldığı vərəqin asıldığı görünür.
Daha sonra polislər maşının arxa şüşəsini sındıraraq qapını açırlar və Bəxtiyar Hacıyevi zorla maşından çıxarırlar.
Bu zaman canlı yayım dayandırılıb.

B.Hacıyevin maşını. Foto: Meydan TV
Gecə saatlarınadək Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb. Həmin müddətdə hüquq müdafiəçisi Rüfət Səfərov, vəkil Aqil Layıç və digərləri onu idarənin önündə gözləyiblər.
5 saatdan sonra sərbəst buraxılan Bəxtiyar Hacıyev Meydan TV-yə bildirib ki, o, Bakı Şəhər Baş Polis İdarəsində təhqir, təhdid və işgəncəyə məruz qalıb. O, bədənindəki xəsarətləri də göstərib:
"Nazirliyin qarşısında qolumu buraraq, vura-vura məni Bakı Şəhər Baş Polis İdarəsinə gətiriblər. Saatlarla dizlərimin üstündə saxlayıblar, ratsiya ilə necə davranılması haqda göstəriş veriblər. Bu qədər tərbiyəsizlik, şərəfsizlik olarmı? Maşından düşürdəndə başımı aşağı endirib, vura-vura idarəyə aparıblar və bunların hamısı telefonla çəkilib. Rəisin otağına girəndə arxadan qandallı olan qolumu vargücləri ilə yuxarı qaldırırdılar ki, qolum sınsın. Belə bir cinayətkar rejimdə yaşayırıq”.
Bəxtiyar Hacıyev idarənin rəisi Əkbər İsmayılov tərəfindən təhqir edildiyini söyləyib: "Mənə elə sözlər dedi ki, onu dilə gətirməyi ayıb sayıram və özünə layiq olan bütün o sözləri rəisin özünə qaytarıram. Mənə dedi ki, şalvarını çıxardıb, butulka üstündə oturdarıq. İdarədə gizlətmədən dedilər ki, sənə qarşı rəhbərlik nə tapşırıb, onu edirik. Ardınca "cinayətkarı himayə edirik, bəs sonra?!” söylədilər. Rəis soruşur: "Sən kimsən?” Cavab verirəm: "Vətəndaş”. Deyir: "Qələt edir vətəndaş”.
Bəxtiyar Hacıyev idarənin rəisi Əkbər İsmayılov tərəfindən təhqir edildiyini söyləyib: "Mənə elə sözlər dedi ki, onu dilə gətirməyi ayıb sayıram və özünə layiq olan bütün o sözləri rəisin özünə qaytarıram. Mənə dedi ki, şalvarını çıxardıb, butulka üstündə oturdarıq. İdarədə gizlətmədən dedilər ki, sənə qarşı rəhbərlik nə tapşırıb, onu edirik. Ardınca "cinayətkarı himayə edirik, bəs sonra?!” söylədilər. Rəis soruşur: "Sən kimsən?” Cavab verirəm: "Vətəndaş”. Deyir: "Qələt edir vətəndaş”.
Mənimlə bu gün terrorçu kimi davranıblar, maşınımın şüşəsini sındırıblar, pul qabımda müəyyən məbləğ var idi, indi yoxdur”.
İctimai fəal deyib ki, aksiya keçirməkdə məqsədi polisin fəaliyyətsizliyinə etiraz etmək olub.
"Son bir il ərzində verdiyim heç bir şikayət araşdırılmır. Verdiyim vəsatətlər rədd olunur. Heç kim məsuliyyətə cəlb olunmur. Mənə də açıq şəkildə də deyirlər ki, cənab nazirin, rəhbərliyin tapşırığı var ki, siz Bəxtiyar Hacıyev olduğunuz üçün heç bir şikayətiniz araşdırılmayacaq. Kim də sizdən şikayət etsə, onun şikayətini təmin edəcəyik. Bax bu Baş Polis İdarəsi deyir. Mən də bundan boğaza yığılmışam və etiraz olaraq maşınıma yazıb yapışdırmışam ki, cinayətkarları himayə etməyin. Daxili İşlər Nazirliyinin qarşısında dayanan kimi maşınımı yumruqlayıb sındırıblar. Özümü yıxıblar yerə, qolumu qandallayıblar, öz ləyaqətlərinə layiq şəkildə gətiriblər bura”. Bəxtiyar Hacıyev hesab edir ki, bilərəkdən vətəndaşlar arasında narazılıq yaradırlar:
"Bəlkə rəisin nazirin yerində gözü var deyə vətəndaşı bu həddə çatdırırlar, yaxud nazirin prezidentin yerində gözü var, bilmirəm”.
Bəxtiyar Hacıyev nazirliyin onun barəsində yaydığı məlumatı rədd edib.
Məlumatda bildirilir ki, Bəxtiyar Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edərək bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə nazirliyin inzibati binasının qarşısına gəlib:
"Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar”.

Bəxtiyar Hacyev. Foto: Meydan TV
İctimai fəal isə polislərlə arasında belə bir dialoqun olmadığını deyir:
"Mən öncədən də məlumat vermişdim ki, DİN-in qarısında etiraz edəcəm. Ora yaxınlaşanda artıq post-patrul maşını dayanmışdı. Yaxınlaşan kimi qapını açmaq istədilər, gördülər açılmır, maşını təpikləməyə, yumruqlamağa başladılar. İndi raport tərtib ediblər, guya mən demişəm ki, Mərkəzi Univermağı, Daxili İşlər Nazirliyini, özümü yandıracam. Tofiq Yaqublu haqqında "öz-özünü döyüb” deyən qurum hər cür ləyaqətsizlik edər”.
Bəxtiyar Hacıyev işgəncəyə məruz qalmasıyla bağlı ekspertiziya gedəcəyini deyib.
O, növbəti addının nə olacağı haqda suala belə cavab verib:
"Bilmirəm, çünki mənim etirazlardan başqa yolum yoxdur. Vətəndaş kimi hüquqi yollarla 1 ildir müraciət edirəm, amma geri qaytarırlar”.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Cəmiyyət
Prezident XTQ-nin hərbi hissəsində
-
Manşet, Foto, Cəmiyyət
“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
Manşet, Foto, Cəmiyyət
Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
Manşet, Foto, Cəmiyyət
“Qazi ailəsinin, körpə oğlunun iki gün ac yatması nə deməkdir?!”
-
Manşet, Foto, Cəmiyyət
Robert Eyyubova yüksək vəzifə verildi
-
Manşet, Foto, Cəmiyyət
Eldar Mahmudovun bandasının tanınmış ismi Vəkillər Kollegiyasına üzv qəbul olundu
-
Manşet, Foto, Cəmiyyət
“Tərtər işi”ndən zərərçəkən: “Şəxsən mənə Hikmət Həsənov işgəncə verib”
-
Manşet, Foto, Cəmiyyət
Tofiq Yaqublu: “Amansızca döyürdülər, elə bildim öldürəcəklər”
-
Manşet, Foto, Cəmiyyət
Dünənki döyüşlərdə şəhid olanlar: Ümid, Orxan, Elmin, Natiq, 2 Elçin, Murad... - BİRİNİN KÖRPƏ QIZI QALDI, DİGƏRLƏRİNİN CƏMİ 18-19 YAŞI VARDI