Bəxtiyar Hacıyev: Fazil Mustafanın şikayəti əsasında polisə çağırılmışam

Bəxtiyar Hacıyev: Fazil Mustafanın şikayəti əsasında polisə çağırılmışam
Загрузка...
"Guya onu təhdid etmişəm”
İctimai fəal Bəxtiyar Hacıyev iyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. O, bunun Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın şikayəti əsasında olduğunu bildirib. Bu barədə Meydan TV-yə danışan Bəxtiyar Hacıyev bildirib ki, Fazil Mustafa şikayətində onun tərəfindən həyatına son günlər təhlükə olduğunu qeyd edib:
"Guya, onu təhdid etmişəm. Özünü dövlətçiliyin keçikçisi, məni isə xarici xidmət orqanlarının sifarişlərini həyata keçirən adlandırıb. Məndən Bakı Şəhər Baş Polis İdarəsində izahat aldılar”.
Bəxtiyar Hacıyev ona xəbərdarlıq edilmədiyini, hələ araşdırmanın davam etdiyini bildirib. İctimai fəal Bəxtiyar Hacıyevlə deputat Fazil Mustafa arasında mübahisə Çevik Polis Alayının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində apardığı əməliyyatdan sonra yaranıb.

Xəbər lenti