"Bəlkə Elçin Sadıqov gedib xaricdə sığınacaq almaq istəyir" - VK SƏDRİNDƏN İTİHAMDİCİ AÇIQLAMA

Загрузка...
Vəkil Elçin Sadıqov barəsində intizam icraatı başladılandan sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov ard-arda bu məsələyə münasibət bildirib. Məsələ ilə bağlı kollegiyanın sədri Meydan TV-nin "Rəyasət Heyəti Elçin Sadıqov haqda məsələni niyə Sərdar Qasımovun ölümündən 12 gün sonra gündəmə gətirdi” sualına cavab verib ki, Rəyasət Heyətinin iclası iyulun 10-da idi, iclas hər gün yox, vaxtaşırı olur:
"Bu məsələyə sədr qərar vermir, gündəlik bir həftə əvvəl müəyyən olunur. Bugünkü iclas isə növbədənkənar deyildi, adi iclas idi. Bizə də mərhum Sərdar Qasımovun həyat yoldaşı müraciət edib və əsas olduğunu hesab etmişik. Hələ qərara İntizam Komissiyası baxmayıb, iş hələ bu komissiyaya gedəcək, vəkilin iştirakı ilə araşdırılacaq. Qərar intizam icraatının başlanması haqdadır”.

 Anar Bağırov
 Anar Bağırov Elçin Sadıqovun aqressiv qarşılanması barədə dedikləri ilə razılaşmayıb: "O, çox şey yaza bilər və yazdıqları da aksioma deyil. Elçin Sadıqov bütün kollegiyanı təhqir edib, İntizam Komissiyasının rəhmətə gedən üzvü barədə təhqiramiz fikirlər bildirir, sonra da bunu fikir azadlığı sayır. Biz də deyirik ki, bəs sənin özün barəndə bir neçə il əvvəl nəsə yazanda, sən ifadə azadlığının məhdudiyyətsiz olmadığını, sərhədləri olduğunu söyləyirdin. Bu sözləri özün də qəbul elə. Guya komissiyanın üzvü sağ olanda ona deyib ki, bağışla, sənin barəndə belə rəy yazmışam. Rəyi komissiya verir, həm də rəhmətə gedən adam barəsində belə böhtanlar səsləndirmək doğru deyil, axı onun da ailə üzvləri var. Nəhayət, həyat yoldaşı müraciət edib, biz şikayətə baxmamalıyıq?! Biz müraciətin araşdırılmasını istəyirik. Bəlkə Elçin Sadıqovun müəyyən planları var, gedib xaricdə sığınacaq almaq istəyir, özü üçün tarixçə yaradır, amma biz öz işimizi vicdanla görməliyik. Vəkilin pozuntu törətməsi barəsində ehtimal varsa, biz araşdırma aparmalıyıq. Elçin Sadıqov kollegiyanın orqanlarını qanunsuz işlərdə ittiham edir, böhtan atır”.
Anar Bağırov Rəyasət Heyətinin bugünkü qərarını Elçin Sadıqovun iyulun 9-da Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviçlə görüşü ilə əlaqələndirilməsini yolverilməz hesab edir: "İclasın gündəliyi 1 həftə əvvəldən hazır idi. Bugünkü iclasın o görüşlərə heç bir aidiyyatı yoxdur”.
Daha sonra A.Bağırov "facebook" profilində E.Sadıqovla bağlı status yazıb. "Vəfat etmiş həmkar adından yalan bəyanat yaymaq, onun altından insanlığa və mənəviyyata sığmayan bəzi şərhlərin yerləşdirilməsinə şərait yaratmaq, həmin yalan bəyanatda isə insanları qanunsuz və cinayət tərkibi yaradan tapşırıq verməkdə ittiham etmək nə vaxtdan tənqid sayılır?! Məsuliyyətli olun, yoldaşlar..." 
Kollegiya sədri statusunda E.Sadıqovun bir neçə il əvvəl jurnalist Xədicə İsmayılla bağlı mətbuatda yayılmış fikirlərindən sitat gətirib: "Bu sitatla isə tam razıyam, tamamilə doğrudur, bizim söylədiyimiz də elə budur: "...Yazımın əvvəlində ifadə azadlığının önəmini, demokratiya quruculuğunda rolunu qeyd etdim. Sonda isə vurğulamaq istəyirəm ki, ifadə azadlığı mütləq deyil, bu azadlıqdan aşırı istifadə məhdudiyyətlərə, hətta bəzi hallarda cinayət təqibinə məruz qala bilər. İfadə azadlığı o zaman daha effektiv olur ki, hər kəsin ifadə azadlığına, şəxsi həyatına, nüfuzuna sayğı ilə yanaşılır.”

Elçin Sadıqov 
E.Sadıqov kollegiya sədrinin açıqlamalarına cavab olaraq bildirib ki, Anar Bağırov MeydanTv-yə açıqlamasında onu məni böhtan və təhqir etməkdə ittiham edib: "Konkret olaraq "böhtan” və "təhqir” ifadələrindən istifadə edib. Böhtan və təhqir AR CM-nin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən cinayət hesab olunur. Ona görə də hörmətli Anar Bağırovun öz xidməti vəzifəsini icrası ilə bağlı mənim şərəfimə, ləyaqətimə və işgüzar nüfuzuma xələl gətirən ifadələr işlədib. Halbuki barəmdə heç bir məhkəmə hökmü yoxdur. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müracitə edəcəm. Görək ədalət hörmətli Anar Bağırovun barəsində də işləyəcəkmi? Bu arada hörmətli Bağırov RH-nin sədri olaraq ən sonda öz qərarını açıqlamalı olduğu halda əvvəlcədən öz fikirini açıqlayır. Bu isə sifarişin artıq verildiyinin sübutudur".
2017-ci ilin noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun səlahiyyətlərini dayandırıb və onun bu orqandan çıxarılması üçün məhkəməyə müraciət etmədən qərar verib. Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən ilin iyunun 11-də daha çox mülkiyyət hüquqlarının müdafiçisi kimi tanınan İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edib. Hazırda məhkəmə çəkişməsi davam edir. Vəkillər Kollegiyası Əsabəli Mustafayevin, Fəxrəddin Mehdiyevin, Nemət Kərimlinin fəaliyyətlərinin 1 illik dayandırması haqda qərar çıxarmışdı. Artıq onların fəaliyyəti bərpa olunub. Bugünlərdə Penitensiar Xidmət vəkil Fariz Namazovun fəaliyyəti ilə bağlı Vəkillər Kollegiyasına şikayət edib.
Загрузка...
Загрузка...

Xəbər lenti