Bələdiyyə sədri deputatlığa namizədi məhkəməyə verib

Bələdiyyə sədri deputatlığa namizədi məhkəməyə verib
Загрузка...
Məhkəmə namizədin üzr istəməsi barədə qətnamə qəbul edib
10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürən Rəbiyyə Məmmədova Binəqədi Rayon Bələdiyyəsinin sədri Mətanət Nəsibova tərəfindən məhkəməyə verilib. Mətanət Nəsibova Binəqədi Rayon Məhkəməsinə göndərdiyi iddia ərizəsində dekabrın 23-də Rəbiyyə Məmmədovanın ona hücum etdiyini bildirib: "Rəbiyyə Məmmədova mənə yaxınlaşaraq guya bir neçə məntəqədə səs verməyimi ifadə edərək mənə böhtan, şər xarakterli təhqiramiz sözlər dedi”.
Mətanət Nəsibova iddia ərizəsində Rəbiyyə Məmmədovanın ona "budur ey namizəddir, 800 dəfə səs verib, 10 məntəqəni 400 dəfə gəziblər şərəfsizlər”, deyə söylədiyini qeyd edib. Binəqədi Rayon Məhkəməsi fevralın 13-də Mətanət Nəsibovanın iddiasını qismən təmin edib. Məhkəmə Rəbiyyə Məmmədovanın üzr istəməsi haqqında qətnamə qəbul qəbul edib. R.Məmmədova məhkəmənin qətnaməsindən apelyasiya şikayəti verəcəyini bildirib.
R.Məmmədova konkret olaraq, M.Nəsibovanı təhqir etmədiyini, onun şərəf və ləyaqətini aşağılamadığını, işgüzar nüfuzuna zərər vurmadığını bildirib. Həmçinin əlavə edib ki, M.Nəsibovanın işgüzar nüfuzuna zərər vurubsa, bələdiyyə sədri necə oldu: "Hətta yayılan videodan görünür ki, mən onları təhqir etməmişəm”.
R.Məmmədova 23 dekabr bələdiyyə seçkilərində də namizəd olub.

Xəbər lenti