“Belə davam edərsə, Mərkəzi Bank aprelin sonunda devalvasiyaya gedəcək”

“Belə davam edərsə, Mərkəzi Bank aprelin sonunda devalvasiyaya gedəcək”
Загрузка...
 Neftin qiyməti kəskin eniş edir Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azərtac” məlumat verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,90 dollar ucuzlaşaraq 16,53 dollar olub. Müstəqil ekspertlər bildirirlər ki, neftin bütün növlərinə tələbat kəskin azalıb. Qazaxıstan, Azərbaycan və Nigeriyanın yüngül neft növlərinə tələbat isə aşağı düşüb. Buna səbəb Çində yaranıb dünyaya yayılan Covid-19 virusudur. Virusun daha böyük əhatədə yayılmasının qarşısının alınması üçün bir sıra dövlətlər beynəlxalq uçuşlara məhdudiyyət tətbiq edib.
Azərbaycan nefti aşağı kükürdlüyə malik olduğu üçün ondan daha çox təyyarə yanacağının alınması üçün istifadə edilir. Odur ki, ona olan tələbat kəskin azalıb. Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, koronavirusun dərmanı tapılana və iqtisadiyyat böhrandan çıxana qədər Azərbaycan neftinin qiyməti enməkdə davam edəcək:

Qubad İbadoğlu
"Aprelin 1-də "Brent” markalı xam neftin qiyməti son 20 ilin ən aşağı səviyyəsinə qədər ucuzlaşmışdı. Baxmayaraq Trump neft maqnatlarının maraqlarından çıxış edib, enişi dayandırmaq üçün Rusiya və Səudiyyə Ərəbistanla danışıqlar aparıb. Hazırkı situasiyada bu problemin sadə həlli yoxdur. Çünki qiymət yalnız təklifdən deyil, həm də tələbdən asılıdır”.
İqtisadçı Toğrul Maşallı isə deyir ki, neftin qiyməti bir həftə boyunca da 16 dollarla davam edərsə, o zaman aprelin sonu Mərkəzi Bank devalvasiyaya gedəcək: "Manat dollar məzənnəsinin isə 2 manat 20 qəpikdə qərarlaşması radikal addım olar və iqtisadiyyatımıza ciddi zərbə vura bilər. Mərkəzi Bank da yəqinki, bunun fərqindədir".  

Toğrul Maşallı
Artıq koronovirusdan dünya üzrə ölənlərin sayı 48 mini ötüb. Bütün bu səbəblərdən son bir neçə həftədir ki, neft bazarlarında qiymətlər durmadan enir. 2020-ci ilin əvvəlində neftin qiyməti 70 dollar/barel, martın əvvəlində isə 50 dollar/bareldən çox olub. Azərbaycanın 2020-ci ilin büdcəsində neftin bir barelinin qiyməti isə 55 dollardan hesablanıb. Azərbaycan neftinin bir barrelinin qiyməti ən son 2001-ci ilin dekabrında minimuma enmişdi. Bu zaman qiymət 19,15 dollar olmuşdu. 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollara qalxmışdı.

Xəbər lenti