Bakıda sürücülər ''dubinka'' davasına çıxdı

Bakıda sürücülər ''dubinka'' davasına çıxdı
Загрузка...

Bakıda sürücülər yol verməmək üstündə dubinka davasına qalxıb. Hadisə şahirlərinin Criminal.az-a verdiyi məlumata görə, hadisə bu gün saat 09 radələrində Ziya bunyadov prospektində (Dərnəgül yolu) baş verib. 

''Hyundai' və ''Priora'' markalı avtomobillərin sürücüləri bir-birinə yol verməmək üstündə mübahisə edib. Hər iki sürücü avtomobilini saxlayaraq məsələni həll etmək istəyiblər. Lakin ''Priora''dan düşən 3 nəfər ''Hyundai''nin sürücüsünü dayanmağına peşiman ediblər. Onlar dəyənəklə ''Hyundai''yı əzməyə başlayıblar. Bunula da ürəyi soymayan şəxslər sürücünü döyüblər.

Yaxınlıqdakı insanlar sürücünü hiddətlənmiş şəxslərin əlindən alıblar. 

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti