BDU-nun yeni rektoru Nərgiz Paşayeva olacaq - İDDİA

BDU-nun yeni rektoru Nərgiz Paşayeva olacaq - İDDİA
Загрузка...
Bakı Dövlәt Universitetinin yeni rektoru Nәrgiz Paşayeva olacaq. Azadliq.info iddia edir ki, onlara BDU-dakı mәnbәlәrdәn bu haqda mәlumat daxil olub.
Mәlumata görә, Nәrgiz Paşayevanın BDU-ya rektor tәyin edilmәsi haqda prezident sәrәncamı artıq hazırdır. Sәrәncam hәlә elan edilmәsә dә, BDU-nun rәhbәrliyinә daxil olan şәxslәr bu barәdә mәlumatlandırılıb.
Nərgiz Paşayeva dövlət başçısının həyat yoldaşı Mehriban Əliyevanın bacısıdır. Moskvanın Lomonosov Universitetinin Bakı filialına rəhbərlik edirdi. Bir müddət əvvəl Elmlər Akademiyasının vitse-prezidenti təyin olunmuşdu.
Nərgiz Paşayevanın bu posta gətiriləcəyi haqqında şayiələr uzun müddət idi ki, dolaşırdı. Hakimiyyətdə mövqelərini daima gücləndirən paşayevlər klanının BDU kimi siyasi əhəmiyyət kəsb edən bu müəssisəni ələ keçirəcəkləri gözlənilən idi.
Загрузка...
Загрузка...

Xəbər lenti