BDU-nun üç tələbəsi zəhərlənib, onlardan biri ölüb

BDU-nun üç tələbəsi zəhərlənib, onlardan biri ölüb
Загрузка...
 Cümə axşamı Bakı Dövlət Universitetinin Mətbuat prospekti, 36 ünvanında yerləşən yataqxanasında üç tələbə qızın zəhərlənməsi faktı qeydə alınıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təcili Yardım Xidmətinə siqnal saat 12:35-də daxil olub. Hadisə yerinə gələn tibb işçiləri üç qızı huşsuz vəziyyətdə görüblər. Onların ağzından qan gəlib. Qızlardan biri ölüb, digərləri kritik vəziyyətdə olub. Onlar Toksikologiya Mərkəzinə aparılıb.
Qızların zəhərləndiyi ehtimal olunur. Araşdırma aparılır, Səhiyyə Nazirliyinin məlumatında deyilir. Zərərçəkənlərin adları açıqlanmır. Hələlik hüquq-mühafizə orqanları cinayət işinin açılması barədə məlumat vermirlər.
Загрузка...
Загрузка...

Xəbər lenti