BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?

BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?
Загрузка...
 Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində total yoxlamalar başlayıb. Yenicag.az xəbər verir ki, ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib. Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir.
Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir. Yoxlamalar nəticəsində ciddi həbslərin olacağı gözlənilir.
Загрузка...
Загрузка...

Xəbər lenti