BDU-nun dekanının həbs xəbəri yayıldı - Özü danışdı BDU-nun dekanının həbs xəbəri yayıldı - Özü danışdı

BDU-nun dekanının həbs xəbəri yayıldı - Özü danışdı
Загрузка...
Bakı Dövlət Universitetinin dekanı, professor Əmir Əliyevin həbs xəbəri yayılıb. Sosial şəbəkədə yayılan məlumata görə, dekanın saxlanılması işdən çıxarılan sabiq rektor Abel Məhərrəmova yaxınlığı ilə bağlıdır. 

Ə.Əliyev Criminal.az saytına açıqlamasında bildirdi ki, həmin məlumatı Azərbaycan dövlətçiliyinin əleyhinə olan feysbuk səhifəsi yayıb. Onun sözlərinə görə, yayılmış məlumat təxribatdır: "Mən kifayət qədər nüfuza malikəm, məni cəmiyyət tanıyır. Hüquq mühafizə orqanlarına müraciət edəcəm. Mən hüquq fakültəsinin dekanıyam. Professoram. Kifayət qədər nüfuza malikəm. Yəqin ki, mənim nüfuzdan salmaq üçün hesablanmış təxribatdır". 
Abel Məhərrəmovla qohumluq əlaqəsinin olması ilə bağlı iddiaları cavablandıran professor sabiq rektorla qohum olmasını təkzib etdi. 
Qeyd edək ki, Əmir Əliyev Azərbaycan Prezidentinin 30 oktyabr 2009-cu il tarixli 542 nömrəli Sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib. 2007 və 2011-ci ilin elmi nəticələrinə görə BDU Elmi Şurasının qərarı ilə "İlin alimi” fəxri adına layiq görülüb. 2012-2013-cü tədris ilinin nəticələrinə görə BDU Elmi Şurasının qərarı ilə "İlin dekanı” fəxri adına layiq görülüb. 2015-2016-cı tədris ilinin nəticələrinə görə BDU Elmi Şurasının qərarı ilə "İlin dekanı” fəxri adına layiq görülüb.
Загрузка...
Загрузка...

Xəbər lenti