BDU-dakı qanlı bıçaqlanmada Abel Məhərrəmov “izi”...

30 İyul 2021, 13:24
30 İyul
2021
13:24
1838
Qanlı olayı törədən İsmixan Mirzəyev sabiq rektoru niyə məhkəməyə vermişdi?
Bakı Dövlət Universitetinin rektorunun (BDU) maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən, həmin universitetin əməkdaşı, paytaxt sakini, 1963-cü il təvəllüdlü İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.
Qanlı olays icra edən İsmixan Mirzəyevlə bağlı bugünlərdə "Yeni Müsavat” da məlumat yazmışdı.
Həmin məlumata görə, İsmixan Mirzəyev Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmovu məhkəməyə vermişdi. İyunun 9-da Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə bəlli olmuşdu ki, BDU-nun keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmov evində və obyektlərində tikinti-təmir işləri gördürsə də, işləri görən insanların pullarını ödəməyib. Ona görə də hakim Abel Məhərrəmovun üzərinə iddiaçı İsmixan Mirzəyevə 811 min manat ödəmək öhdəliyi qoyub.
İsmixan Mirzəyevin iddiası əsasında, Abel Məhərrəmovla yanaşı, BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlı da cavabdeh qismində prosesə cəlb olunub. Çünki Abel Məhərrəmovun imarət və obyektlərinin tikintisinə sabiq prorektor rəhbərlik edib. İsmixan Mirzəyev çox vaxt danışıqları onunla aparıb. Onun iddia ərizəsində göstərilib ki, BDU-nin keçmiş rəhbəri paytaxtda 4 mərtəbəli ev tikdirib. Həmin evin pilləkənlərinin yığılması, istilik sisteminin quraşdırılması və s. işlərin görülməsini İsmixan Mirzəyevin rəhbərlik etdiyi komandaya həvalə edib. Həmin işlər görülüb təhvil verilsə də, pulun indiyədək ödənilmədiyi bildirilir.

Yaxud da Abel Məhərrəmova məxsus olduğu iddia edilən "Mona Liza” şadlıq sarayında mebel işləri gördürülsə də, ustalar hələ də əmək haqqını ala bilmədiklərini deyirlər. Hətta Abel Məhərrəmovun Mərdəkandakı, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki bağ evlərində quraşdırılmış mebellərin, başqa obyektlərində görülən işlərin, istifadə olunan materialların də pullarının ödənilmədiyi məhkəmədə bildirilib. Bütün bunlar isə məhkəmədə quraşdırılan kameraların yaddaşına köçürülüb. Lakin hakim Vahid Hacıyevin məhkəmə zalında qətnamənin "qət etdi” hissəsi oxunsa da, sonradan sabiq rektorun əleyhinə qətnamə geri oxunub.
Abel Məhərrəmovun vəkili isə birmənalı deyib ki, məhkəmə şikayəti rədd edib, bununla bağlı vahid məhkəmə portalında məlumat əks olunub.
Şikayətçi tərəf olan İsmixan Mirzəyev bu olaydan şoka düşdüyünü deyib:
"Qətnaməni elan edəndən sonra hakim Vahid Hacıyev dedi ki, iddia təmin olunur. Hətta cavabdeh tərəfin vəkili Altay Əfəndiyevə üzünü tutaraq bildirdi ki, apelyasiya şikayəti etmək hüququnuz var. Sonradan hakim otağına gedib, başqa şey yazıb. Və biz də sevincək məhkəmə binasını tərk etdik. Lakin hakim otağına gedəndən sonra qərarı tamamilə dəyişib, qətnaməyə başqa şey yazılıb. Abel Məhərrəmovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu. Biz mübarizəmizi sonadək aparacağıq”.
Bu xəbərlərdən sonra adı Abel Məhərrəmovla məhkəmə çəkişməsində keçən İsmixan Mirzəyevin BDU rektoru Elçin Babayevin müşaviri və komendantı ilə qanlı insidenti haqlı suallar doğurur.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Cinayət
Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
Manşet, Foto, Cinayət
Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
Manşet, Foto, Cinayət
“Maşında oturmuşdu, üst-başı qan içində idi...” - BAKIDA HAKİMİN ATASINI DÖYÜB ÖLDÜRƏN TAKSİ SÜRÜCÜSÜNƏ LAYİQLİ CƏZA VERİLƏCƏKMİ?
-
Manşet, Foto, Cinayət
Yalanı ilə gündəm olan “polkovnik” Rasim əslində kimdir?
-
Manşet, Foto, Cinayət
Bahalı maşınları ilə gündəmə gələn keçmiş məmur yenidən həbs edilib
-
Manşet, Foto, Cinayət
“Bakcell” əməkdaşının yaralanması ilə bağlı cinayət işi açılıb
-
Manşet, Foto, Cinayət
"İnsanları narkotika üçün yalvarmağa məcbur edirdik..." - Polis qarşısında ETİRAF
-
Manşet, Foto, Cinayət, Dosye
Kiprə göndərilən azərbaycanlı killerin işi: daha bir silah tapıldı - “BU CİDDİ HADİSƏDİR, SÜBUTLAR TOPLANIB, BİZ SONA YAXINLAŞIRIQ...”
-
Manşet, Foto, Cinayət
Sənaya təcavüzdə ittiham olunan xalası oğlu saxlanıldı