“Bazarstore”a hücum edən şəxs zərərsizləşdirildi

“Bazarstore”a hücum edən şəxs zərərsizləşdirildi
Загрузка...
 Bakıda 42 yaşlı kişi "Bazarstore" mağazasına bıçaqla basqın edib. "Report"un məlumatına görə, hadisə bu gün saat 18:50 radələrində, paytaxtın Suraxanı rayonu, Malik Mustafayev və Elxan Həsənov küçəsinin kəsişməsində yerləşən ünvanda qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Tamin Məmmədov "Bazarstore" mağazasına daxil olaraq satıcını bıçaqla hədələyib, kassadan pul tələb edib. Bu zaman həmin ərazidə olan Suraxanı Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin (PPX) əməkdaşlarının çağırış üzrə hadisə yerində çevik tədbirləri nəticəsində T.Məmmədov saxlanılıb. Daha sonra T.Məmmədov 31-ci Polis Bölməsinə təhvil verilib. Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti