Bayram tədbirində saxlanılan daha 4 nəfər cərimələndi

Bayram tədbirində saxlanılan daha 4 nəfər cərimələndi
Загрузка...
AXCP üzvləri apelyasiya şikayəti verəcəklər Abşeron Rayon Məhkəməsi mayın 31-da Milli Şuranın Respublika Günü Novxanıda keçirdiyi bayram tədbirində saxlanılan 8 nəfərdən daha 4 nəfərin işinə baxıb.
Məhkəmə AXCP üzvləri Nizami Abbasov, Adil Babayev, Ruslan Şərifov və Elşən Həsənovun hər birinin 300 manat cərimə olunması haqda qərar çıxarıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsilə ittiham olunublar.
Bu barədə AXCP-dən verilən məlumata görə, ilk 3 nəfər haqda hökmü hakim Şövkət Nəcəfova, digər hökmü isə Sevinc Quliyevə çıxarıb. AXCP üzvləri apelyasiya şikayəti verəcəklər. Dünən Abşeron Rayon Məhkəməsi Tofiq Yaqublu, Mirzə Aydınlı, Bəxtiyar Hüseynov və Şakir Əhmədov barədə analoji qərar qəbul etmişdi.
Mayın 28-də Milli Şuranın Novxanı kəndində Məmməd Əmin Rəsulzadənən abidəsi önündə keçirilən yürüşdə polislə insdent yaşanıb. Həmin gün 8 nəfər saxlanılmışdı, bu gün rayon polisinin onlar barədə şikayətinə baxılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti