"Bayram Məmmədov polisə çağırılmayıb"

Загрузка...
NİDA Vətəndaş Hərəkatın üzvü Bayram Məmmədov  iyulun 24-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılması ilə bağlı məlumat yayıb. Bildirib ki, BŞBPİ-dən atasına zəng ediblər. Atasına zəng edən şəxs özünü idarənin tədqiqat şöbəsinin əməkdaşı kimi təqdim edib və bu gün idarəyə gəlməsini istəyib.
BŞBPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Criminal.az saytına açıqlamasında B.Məmmədovun idarəyə çağırılmasını təkzib edib.
Qurum rəsmisi bildirib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. BŞBPİ-nə elə bir şəxsin çağırılması barədə mətbuat xidmətində heç bir məlumat yoxdur. 
Загрузка...
Загрузка...

Xəbər lenti