Bayram Məmmədov polis idarəsinə çağırılıb

Bayram Məmmədov polis idarəsinə çağırılıb
Загрузка...
 "Bildiriş gəldikdə vəkilimlə idarəyə gedəcəyəm”
NİDA Vətəndaş Hərəkatın üzvü Bayram Məmmədov iyulun 24-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. BŞBPİ-dən keçmiş məhbusun atasına zəng ediblər. Məlumatı Meydan TV-yə B.Məmmədov özü verib.
B.Məmmədov deyir ki, atasına zəng edən şəxs özünü idarənin tədqiqat şöbəsinin əməkdaşı kimi təqdim edib və bu gün idarəyə gəlməsini istəyib:
"Mart ayında inzibati qaydada həbs olunanda Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında işgəncələrə məruz qalmağımla bağlı vəkilim Elçin Sadıqov prokurorluğa şikayət vermişdi. Baş Prokurorluq isə şikayəti BŞBPİ-nə göndərib və bununla bağlı idarəyə çağırılıram. Halbuki, qanunvericiliyə görə işgəncəni prokurorluq araşdırmalıdır, polis yox. Vəkilim dəfələrlə prokurorluğa şikayət edib. Prokurorluq işi araşdırıb cinayət işi başlamaq əvəzinə bunu polisə xidməti araşdırmaya göndərib ki, bu, tamamilə qanunsuzdur. Prokurorluğun işi polisə göndərməsiylə təsdiq edilir ki, polis mənə özbaşına yox, xidməti zərurətlə əlaqədar işgəncə verib”.
Bayram Məmmədov bildiriş almayana qədər Bakı Şəhər Baş Polis İdarəsinə getməyəcəyini söyləyib: "Bildiriş gəldikdə isə vəkilimlə idarəyə gedəcəyəm”.
Bayram Məmmədov əvvəlki aylardan fərqli olaraq son zamanlar intensiv izləndiyini də deyib: "Xüsusən daxili işlər naziri və Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin dəyişməsindən sonra izlənməyim adi hal alıb və bunu çox primitiv şəkildə edirlər”.
B.Məmmədov bu il martın 16-da verilən əfv sərəncamı ilə azadlığa buraxıldıqdan 13 gün sonra İnzibati Xətalar Məcəlləsinin polisə müqavimət maddəsilə (535.1 maddə) təqsirli bilinərək, martın 30-da 30 sutka azadlıqdan məhrum edilib. O, 2016-cı ildə mərhum prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra narkotik ittihamıyla həbs olunub 10 il cəza almışdı. İlham Əliyevin martın 16-da verdiyi əfv sərəncamından 1 gün sonra azadlığa çıxıb.
Загрузка...
Загрузка...

Xəbər lenti