Baş redaktorun məhkəməsi başlayır

Baş redaktorun məhkəməsi başlayır
Загрузка...
Criminal.az saytının baş redaktoru Anar Məmmədovun apellyasiya şikayətinə baxılacaq. Criminal.az xəbər verir ki, apellyasiya şikayəti üzrə ilkin məhkəmə iclası mayın 8-də hakim Rizvan Səfərovun sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, A.Məmmədov martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə 5 il 6 ay şərti azadlıqdan məhrum edilib.
Hökmə əsasən, A.Məmmədov Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi, onun vətəndaşlarla kobud münasibəti, bu üzdən şəhərin mərhum polis rəisi Rasim Musayevlə davası barədə yazılara görə CM-in 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il sınaq müddəti təyin olunub. Bu müddətdə müvafiq orqanlara xəbər vermədən yaşayış yerini dəyişə, ölkəni tərk edə bilməz. 
Criminal.az saytına giriş ölkə daxilində bloklanıb. 
Beynəlxalq təşkilatlar jurnalistin məhkum edilməsini pisləyib, bunu söz və ifadə azadlığına zərbə kimi qiymətləndirib.
Загрузка...
Загрузка...

Xəbər lenti