Baş redaktorun cinayət işində şahid edilmiş "Xallı Gülü"nün əri ağır cinayət törədib Baş redaktorun cinayət işində şahid edilmiş Baş redaktorun cinayət işində şahid edilmiş

Baş redaktorun cinayət işində şahid edilmiş
Загрузка...
Məhkəmədə özünü zərərçəkən və ədadlətsizliklə üzləşən kimi göstərənlər arasında bəzən cinayətkarlar, onlarla ünsiyətdə olanlar da var. Bu ədalət medalının tərs üzü, bəlkə də vicdanın intiqamıdır. Yalandan üzəduranlar, bəzən cinayət görmüş üzlərini gizlədərək durduğu və yaşadığı yerin üz qarasına çevrilirlər…
Üç gün öncə Gəncə şəhərində tanınmış idmançı İlqar Alıyevin gənc oğlu Elnur Alıyev qətlə yetirildi. "Miraj" çay evinin altında yerləşən avtoyuma məntəqəsində baş verən ağır cinayətin 10 manat pul üstündə baş verdiyi iddia olunur. İddialara görə, avtoyuma məntəqəsinə müştəri kimi gələn Elnur Alıyev maşınını yuyan şəxsin pulunu kəsib. Bu zaman söhbətə həmin məntəqənin sahibkarı Emil Məmmədov qarışıb. Yayılan şaiyələrə görə, Elnur bıçaqla Emil Məmmədova hücum edib və hətta onun əlini yaralayıb. E. Məmmədov özünü qorumaq üçün bıçağı ondan alıb və ürəyinə vurub. 

İlqar Alıyev və mərhum oğlu Elnur 
Emil Məmmədov kimdir?
Emil Məmmədov əvvəllər RİYAD mühafizə xidmətində işləyib. Son zamanlar isə həyat yoldaşı Gülnar Muradova ilə Gəncədə yerləşən "Miraj” çay evini, o cümlədən məlum hadisə baş verən avtoyuma məntəqəsini işlədirdi. Qətli törədən E.Məmmədovun həyat yoldaşı Gülnar Muradovanın adı Criminal.az saytının baş redaktoru Anar Məmmədovun cinayət işində keçirdi. 

Emil Məmmədov məhkəmədə 
Gəncədə "Xallı Gülü" kimi tanınan G.Muradova Bakı Şəhər Prokurorluğuna çağırılaraq A.Məmmədova qarşı ifadəsi alınmışdı. G.Muradova sonradan məhkəmədə baş redaktora qarşı şikayətinin olmadığını, ona qarşı ifadəni Gəncənin keçmiş polis rəisi Faiq Şabanovun təzyiqi ilə verdiyini etiraf edib. Fevralın 19-da məhkəməyə məcburi qaydada gətirilən şahid Gülnar Muradova deyib ki, Anar Məmmədova qarşı heç bir ifadə verməyib, Kəpəz Rayon Polis Şöbəsinə çağırılaraq baş redaktora qarşı ifadə verməyə məcbur edilib.
Anar Məmmədov Gülnar Muradovanın ona göndərdiyi səsli mesajın məhkəmədə səsləndirilməsini hakimdən xahiş etsə də, rədd edilib. Həmin mesajda şahid həyat yoldaşının şərlənərək saxlanıldığını və təzyiqlər nəticəsində Anar Məmmədovun əleyhinə ifadə verməyə məcbur edildiyini deyir.
Şahid səsli mesajında deyirdi ki, həyat yoldaşı Emil Məmmədov Gəncədə işlətdiyi "Qızıl ev” çay evində baş vermiş kriminal hadisə ilə bağlı şərlənərək həbs edilib. O, yaşadığı evdən zorla aparılıb. Bundan sonra Gülnar Muradova polis şöbəsinə çağırılıb və Anar Məmmədova qarşı ifadə verməsi tələb edilib. G.Muradova həyat yoldaşının evindən zorla aparılmasını təsdiq edən videogörüntüləri də təqdim etmişdi. 
G.Muradovanın səsli mesajında, daha sonra isə Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadəsindən məlum olur ki, E.Məmmədov "Qızıl ev” çayxanasında baş vermiş kriminal hadisəyə görə, polisə aparılır, bundan sonra onu Kəpəz rayon Polis Şöbəsinə çağıraraq Bakı şəhər Prokurorluğuna gedib Anar Məmmədova qarşı ifadə vermək tapşırılır. G.Muradova şəhər prokurorluğuna gələrək Criminal.az saytında baş redaktor tərəfindən yalan məlumatlar, dövlət əleyhinə çağırılşlar edilməsi məzmumunda ifadə verir.
Bundan sonra həyat yoldaşı E.Məmmədov sərbəst buraxılır. O, sərbəst buraxılandan 7 ay sonra ağır cinayət baş verir və gənc oğlanı qətlə yetirir.
Baş redaktor Anar Məmmədov deyir ki, əgər Emil Məmmədov o vaxt çay evində baş verən kriminal hadisədə günahkar idisə, niyə azadlığa buraxılırdı və ağır cinayəti törədirdi? Görünür, E.Məmmədov istintaq orqanı tərəfindən Gülnar Muradovanın mənə qarşı ifadə verməsində alət kimi istifadə olunub. 
"Gülnar Mehdiyeva əvvəllər Gəncə şəhər Baş Polis İdarəsinin sabiq rəisi general-mayor Rasim Musayevin köməkçisi işləyib. 2018-ci ilin may ayında mənimlə əlaqə saxlayaraq Gəncədə işlətdiyi "Qızıl ev” çay evində baş vermiş kriminal hadisə ilə bağlı şikayətini bildirdi, probleminin ölkənin hüquq-mühafizə orqanı rəhbərlərinin diqqətinə çatdırmağımı istədi.Ondan müsahibə aldım, müsahibənin gedişində mənə Rasim Musayevin köməkçisi olduğunu dedi. Mən də bir neçə il əvvəl Rasim Musayevlə Elmar Vəliyev arasında mətbuatda oxuduğum məlumatlar barədə suallar verdim. O isə mənə həmin münaqişənin necə başlamasından qurtarmasına qədər danışdı. Müsahiubə zamanı Gülnar Muradovanın icra başçısı ilə rəis arasında münaqişə haqda dediklərini zərurət görmədiyimdən "criminal.az” saytında yazmadım. Elə o vaxtdan tanışlığımız yarandı və bir neçə ay sonra, daha dəqiqi desək, iyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyev güllələnən gün hadisə ilə bağlı bəzi təfərrüatlar öyrənmək üçün ağlıma ilk Gülnar Muradova gəldi və ona zəng edərək Gəncədə nə baş verdiyini soruşdum. O, mənə bəzi məlumatlar verdi və onun məlumatları əsasında bir neçə məqalə hazırladım. Eyni zamanda Gülnar Muradovanın icra başçısı-rəis qarşıdurması ilə bağlı dediklərinə qayıtdım və hazırladığım məqalədə Gəncədə icra başçısına qarşı edilmiş sui-qəsd hadisələrində bir epizod kimi vurğuladım”.

Anar Məmmədov 
Anar Məmmədov deyir ki, məhz həmin yazı hazırda ittiham olunduğu iki məqalədən biridir: "Sonradan Gəncə hadisələri ilə bağlı yazılarıma görə Bakı Şəhər Prokurorluğuna çağırıldım. Gəncə hadisələri ilə bağlı yazdığım 9 yazı ilə bağlı müstəntiqin suallarına cavab verməli oldum. Həmin ərəfədə Kəpəz Rayon Polis Şöbəsinin rəisi kimi təqdim etdiyi Vüqar adlı şəxsilə telefon danışığına da mənə göndərdi. Həmin səs yazısından məlum oldu ki, Vüqar adlı şəxs onu idarəyə çağırır. Təxminən həmin vaxtdan sonra Gülnarla əlaqəm kəsildi. Ötən il, noyabrın 30-da mənə qarşı Cinayət Məcəlləsinin 281.2, 309.2 və 313-cü maddələrlə ittiham irəli sürülən gün bildim ki, Gülnar Muradova məcburi qaydada Bakı Şəhər Prokurorluğuna gətirilib və mənə qarşı ifadəsi alınıb.
İfadəsində göstərib ki, Anar Məmmədovun dövlətə qarşı təxribat xarakterli yazılar yazdığını görüb və bunlar ona pis təsir edib. Gülnar Muradovanın cinayət işimdə şahid olduğunu nəzarə alaraq onunla heç bir formada əlaqə saxlamadım. Lakin ötən il, dekabrın sonlarında, məhkəməm başlamasına 2-3 gün qalmış Gülnar Muradovadan "Whatsapp” nömrəmə video göndərildi. Ardınca yazdı ki, Gəncə polisi onun həyat yoldaşını evindən oğurlayıb. Daha sonra səsli mesajla mənə bildirdi ki, sentyabr ayında Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov (bu ilin yanvarında işdən çıxarılıb) onu idarəyə çağıraraq ərini həbs edəcəyi ilə hədələyib. Deyib ki, Bakıya gedib 3 şahidlə birlikdə Anar Məmmədovun üzünə durursan. Dəqiqləşmə üçün deyim ki, Gülnar Muradovanın Faiq Şabanovla bağlı etirafedici səsli mesajında bəhs etdiyi zaman təxminən Vüqar adlı rəisin onu idarəyə çağırması ilə eyni vaxta düşürdü. Fevralın 19-da isə Gülnar Muradova məcburi qaydada Ağır Cinayətlər Məhkəməsinə gətirilərək şahid kimi dindirildi. Məhkəmə ifadəsində mənə qarşı heç bir ifadə vermədiyini, Kəpəz Polisinə çağırılaraq mənə qarşı ifadə verməyə məcbur edildiyini dedi. Mən Gülnar Muradovanın mənə göndərdiyi səsli mesajının məhkəmədə səsləndirilməsini hakimdən xahiş etsəm də, rədd edildi. Ona görə də, Gülnar Muradovanın səsli mesajını və həyat yoldaşının saxlanılmasını əks etdirən videogörüntülərini mətbuata təqdim etdim”. 

Mərhum Elnur Alıyev 
Baş redaktor bildirdi ki, G.Muradovanın həyat yoldaşının keçmişdə baş vermiş ən xırda bir əməlindən istifadə edərək mənim işimdə şahid statusuna gətirib çıxarılmışdı. Halbuki heç bir cinayət yox idi, onlar da heç bir cinayətə şahid ola bilməzdilər. Məsələnin başqa tərəfi də var, o adam cinayət törətmişdisə, xeyli polis evindən zorla aparırdısa niyə buraxılırdı, mənə qarşı istifadə olunmaq üçünmü?
Xatırladaq ki, martın 18-də Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və 281-ci (dövlət əleyhinə çağırışlar) maddələri ilə təqsirli bilinən Anar Məmmədova hökm oxunub. Hakim Eldar mikayılovun sədrliyilə çıxarılan hökmə əsasən, ona iki il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verillib. Bakı Apellyasiya Məhkəməsi jurnalistin şikayətini təmin etməyib.
Загрузка...
Загрузка...

Xəbər lenti