Baş redaktora ölkədən çıxmaq QADAĞANDIR! - MƏHKƏMƏ QƏRARI Baş redaktora ölkədən çıxmaq QADAĞANDIR! - MƏHKƏMƏ QƏRARI

Baş redaktora ölkədən çıxmaq QADAĞANDIR! - MƏHKƏMƏ QƏRARI
Загрузка...
Bakı Apellyasiya Məhkəməsi Criminal.az saytının redaktoru Anar Məmmədovun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayan birinci instansiya məhkəməsinin qərarını dəyişməyib. Bu haqda A.Məmmədov özü məlumat verib.
A.Məmmədovun sözlərinə görə, şikayətinə özünün və vəkillərinin iştirakı olmadan baxılıb, Apellyasiya Məhkəməsi ölkədən çıxışına yasağı əsaslı hesab edib. Jurnalist deyib ki, iş üzrə ölkədaxili müdafiə vasitələri tükəndiyindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklər. Criminal.az saytının redaktoru olan A.Məmmədovun ölkədən çıxışına 2018-ci ildən yasaq qoyulub və bu qadağa ona qarşı cinayət işinin başlanması ilə bağlıdır. Amma o, bunu qanunsuz hesab edir.
Cinayət işi niyə qaldırılıb?
Baş Prokurorluq 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə törədilmiş sui-qəsd cəhdi və ondan sonra baş verən bir sıra hadisələrlə bağlı yazılara görə bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, Bastainfo.com və criminal.az saytına girişə məhdudiyyət qoyulmuşdu.
Ötən ilin sonu A.Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb. O, Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, A.Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər. Hazırda bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, ittihamı əsassız sayır.
 
Azadlıq Radiosu
Загрузка...
Загрузка...

Xəbər lenti