Baş redaktor: Ölkədən çıxışıma qadağa qoyulub

Baş redaktor: Ölkədən çıxışıma qadağa qoyulub
Загрузка...
 Pərviz Həşimli rəhbərlik etdiyi saytın da bloklandığını deyir
"Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimlinin ölkədən çıxışına qadağa qoyulub. Eyni zamanda, sayt bloklanıb. Bu barədə Pərviz Həşimli "Facebook” səhifəsində məlumat paylaşıb. P.Həşimli deyir ki, xəbərdarlıq və məhkəmə qərarı olmadan "gununsesi.info” saytı bloklanıb: "İstindaqda dindirildim, amma imzaladığım iltizamın detallarından yazmayacam. Qarşıma qoyulan 10 yazının beşi Respublika Prokurorluğuna istinadən dərc olunub. Qalanları isə təkzibi mümkün olmayan xəbərlərdir. Bütün bunlar azmış kimi ölkədən çıxışıma qadağa qoyulub. Atamı Gürcüstana müayinəyə apararkən sərhəddən buraxmadılar. Şahid kimi dindirildiyimi nəzərə aldıqda, bu hərəkəti qanunsuz sayıram”.
Pərviz Həşimli saytın bağlanması haqda mesaj aldığını və qəbul etdiyini bildirib: "Susub zamanın axarına buraxdıq, o zaman qadağalar nəyə lazım?! Bununla belə, ümid edirəm ki, prokurorluq bu dəfə mənə qarşı ədalətli olacaq”.
Pərviz Həşimli 2014-cü ildə Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah-sursat saxlama) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Jurnalisti 2013-cü il sentyabrın 17-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları həbs etmişdilər. O, 2016-cı ilin martında əfv edilib. Həbsdən çıxandan sonra, o, hökumətyönümlü olduğu iddia edilən "gununsesi.info” saytını təsis edib.
Загрузка...
Загрузка...

Xəbər lenti