"Baş Prokurorluğun məlumatı absurd və yalandır"

08 Sentyabr 2020, 16:14
08 Sentyabr
2020
16:14
1125
"Azərbaycan hökuməti azad olmayan ölkələrə səfərlərimizin məhdudlaşmasını istəyir”
Azərbaycan hökuməti Avropa ölkələrində məskunlaşan Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı haqqında axtarış elan edib.
Adları çəkilənlərin beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarların icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin "İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.
Məlumatda adıkeçən hazırda Almaniyada mühacir həyat yaşayan Tural Sadıqlı Baş Prokurorluğun məlumatı, əsasən onun axtarışa verilməsi xəbərinin onun üçün yeni olmadığını bildirib.
Meydan TV-yə danışan Tural Sadıqlı bildirib ki, Sabunçu Rayon Polis İdarəsi 2019-cu ildə onu axtarışa verdiyini elan edib. Hətta idarənin qarşısındakı löhvədə fotosunu qoyub, ailəsinə məlumat da veriblər:
"O zaman başqa maddələrlə ittiham olunurdum, bu dəfə yei açılan cinayət işində dövlət əleyhinə açıq çağırışlar və başqa maddələr də yer alıb”. Tural Sadıqlı dövlət əleyhinə indiyə qədər açıq və qapalı çağırışlar etmədiyini bildirib: "Fəaliyyətim göz önündədir, yalnız hakimiyyətini tənqid etmişəm, məmurların dövlət büdcəsindən oğurluqlarını ifşa edən məlumatlar yaymışam. Ona görə Baş Prokurorluğun məlumatı absurd və yalandır. Məncə, fəaliyyətimizi dayandırmaq üçün belə qərar qəbul ediblər. İkinci, "İnterpol”un Milli Mərkəzi Bürosuna axtarışa verməklə, bizi Bakıya gətirəsi deyil. Sadəcə, Azərbaycan hökuməti bizim azad olmayan ölkələrə səfərlərimizin məhdudlaşmasını istəyir”.
Tural Sadıqlı Elvin İsayevlə tanışlığını təkzib etməyib: "İki il əvvəl Elvin İsayevlə bir neçə dəfə telefon danışığım olub, vəssalam. Yəni Baş Prokurorluğun iddia etdiyi şəkildə hər hansı əməkdaşlığımız olmayıb, qeyd edilənlər cəfəngiyyat və yalandır”.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilib ki, Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun təqdimatı əsasında həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi hökmü çıxarıb. Baş Prokurorluq cinayət işini ötən ilin dekabrında Azərbaycana gətirilən Elvin İsayevin ifadələri əsasında açdığını qeyd edib: "Azərbaycan vətəndaşı 1980-ci il təvəllüdlü Elvin İsayev Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub. Nəsimi Rayon Məhkəməsi onun barəsində ötən ilin 22 avqust tarixli qərarı əsasında həbs qətimkan tədbiri seçib”.
Məlumatda Elvin İsayevin Azərbaycan ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirildiyi bildirilib:
"İstintaqla müəyyən edilib ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşan Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub. Elvin İsayev müvəqqəti məskunlaşdığı Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə "youtube” və "facebook” sosial şəbəkələrində video müraciətlərdə hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlədib. O, Azərbaycan vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib.
Buna görə Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.
Eyni zamanda, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edildiyi qeyd olunub. Onların haqqında Nəsimi Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçildiyi bildirilib. Bundan əlavə mətbuat xidməti qeyd edib ki, İstintaq idarəsi onlar barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin "İnterpol”un Milli Mərkəzi Bürosuna göndərib.
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Cinayət
Masallıda AXCP fəalı həbs olundu
-
Manşet, Foto, Video, Cinayət
Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
Manşet, Cinayət
Bakıda gecəyarısı atışma – daş karxanasında baş verən hadisənin təfərrüatı
-
Cinayət
Bir erməni, itkin düşən erməni hərbçilərin yaxınlarını soyundurdu, başlarına oyun açdı
-
Video, Cinayət
“Əli və Nino”nun ofisi qarət olunub
-
Cinayət
Hüseynin maşınından 1 milyonluq əşyalar oğurlanıb
-
Cinayət
Azərbaycanın əleyhinə casusluq edən erməni həbs edildi
-
Cinayət
Əli Kərimlinin mühafizəçisinin işi üzrə istintaq yekunlaşdı
-
Cinayət
Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb