Baş Prokurorluq korrupsionerlərə 41 milyonu geri ödətdirib

Baş Prokurorluq korrupsionerlərə 41 milyonu geri ödətdirib
Bu ilin birinci yarım ili ərzində prokurorluq orqanlarında istintaqı tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat ziyanın ödənilməsi təmin edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Amma qurum həmin cinayət işlərinin detalları və təqsirləndirilən şəxslərlə bağlı məlumatları açıqlamayıb.
Bu günlər bir sıra təqsirləndirilən məmurların istintaq gedişində dövlətə vurulan ziyan əvəzi kimi yüksək məbləğlər ödəmələri haqqında məlumatlar sosial şəbəkələrdə də qızğın müzakirə edilir.

Xəbər lenti