Baş Prokurorluq Əli Nağıyevin adı hallandırılan məmurun ölümü ilə bağlı məlumat yaydı Baş Prokurorluq Əli Nağıyevin adı hallandırılan məmurun ölümü ilə bağlı məlumat yaydı Baş Prokurorluq Əli Nağıyevin adı hallandırılan məmurun ölümü ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Əli Nağıyevin adı hallandırılan məmurun ölümü ilə bağlı məlumat yaydı
Загрузка...
Baş Prokurorluq Azərbaycan Repsublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq əməkdaşı Hüseynov Emin Bəybala oğlunun müəmmalı ölümü ilə bağlı Criminal.az saytının yaydığı məlumatlara reaksiya verdi. Qurumun mətbuat xidmətindən Criminal.az saytına daxil olan məlumata grə, bəzi kütləvi informasiya vasitələrində Hüseynov Emin Bəybala oğlunun qeyri-qanuni şəkildə işə qəbul edilməsi və əmək məzuniyyətində olduğu dövrdə Türkiyə Respublikasının Antalya vilayətində ölməsinin sifarişlə təşkil edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.
Həmin informasiyalar Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunmaqla bildirilir ki, mərhum Emin Hüseynov "Dövlət qulluğu haqqında” Qanuna müvafiq olaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə 2015-ci ildə qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilmiş işə qəbul proseduru nəticəsində prokurorluq orqanlarında dövlət qulluğuna qəbul edilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi vəzifəsinə təyin edilib. Emin Hüseynov məzuniyyət hüququndan istifadə edərək ona 1 avqust 2017-ci il tarixli əmrlə 30 gün müddətinə əmək məzuniyyəti verilmiş, məzuniyyətdə olarkən vəfat etməsi ilə əlaqədar olaraq 26 sentyabr 2017-ci il tarixli əmrlə qanunvericiliyin tələbinə əsasən barəsində dövlət qulluğuna xitam verilib. 

E.Hüseynovun ölümü ilə əlaqədar Türkiyə Respublikasında başlanmış cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair həmin dövlətin Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş beynəlxalq tapşırıqda mərhumun Antalya şəhərində "Lara Delphin Be Grand” otelinin idman zalında idmanla məğul olduğu zaman yıxılaraq huşunu itirdiyi, bir neçə gün xəstəxanada stasionar şəraitdə müalicə olunmasına baxmayaraq öldüyü qeyd olunub. Tapşırıqda bununla əlaqədar mərhumun meyitinin ekshumasiya edilməsi (meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılmaqla müayinə edilməsi) və zəhərlənmə əlamətlərinin olub-olmamasının müəyyən edilməsi xahiş edilsə də, ölmüş şəxsin qanuni nümayəndəsi qismində çıxış edən mərhumun atası Hüseynov Bəybala Qaraş oğlu Baş Prokurorluğa ərizə ilə müraciət edərək bu istintaq hərəkətinin keçirilməsinə razılıq verməyib.
Buna baxmayaraq, Baş Prokurorluq tərəfindən Türkiyə Respublikasında başlanmış cinayət işinin istintaqına milli və beynəlxalq hüquq çərçivəsində hərtərəfli köməklik göstərilib. Belə ki, istintaq üçün əhəmiyyət kəsb edən Azərbaycan Respublikası vətəndaşlarının dindirilməsi, habelə E.Hüseynovun istifadəsində olmuş mobil telefondan aparılmış danışıqların verilməsi barədə qonşu dövlətin aidiyyəti qurumundan daxil olmuş əlavə vəsatət tam şəkildə icra olunaraq əldə edilmiş məlumatlar aidiyyəti üzrə təqdim edilib.
Eyni zamanda, sorğu edən dövlətə müraciətlər və xatırlatma məktubları göndərilərək istintaqın konkret nəticəyə gələ bilmədiyi təqdirdə təkrar araşdırma aparılması və nəticəsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi xahiş edilib. Qeyd edilən xüsusatlardan əlavə, mərhumun atası Bəybala Hüseynovun Baş Prokurorluğa ünvanladığı ərizələrinə əlavə etdiyi Türkiyə Respublikasında istintaq prosesindən kənar keçirilmiş təkrar ekspertiza rəylərinin həqiqiliyini müəyyən etmək üçün həmin dövlətin səlahiyyətli orqanlarına, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinə sorğular ünvanlanmış, həmin qurumlardan daxil olmuş məlumatlarda arvadı Elfira Hüseynova tərəfindən icazə verilmədiyi üçün E.Hüseynovun meyitinin məhkəmə-tibbi müayinəsi aparılmadığından onun ölümünün səbəblərinin müəyyən edilməsinin mümkün olmadığı bildirilib.
Bununla yanaşı, Türkiyə Respublikasında aparılmış istintaqla da E.Hüseynovun öldürülməsi faktı müəyyən olunmamış, mərhumun səhhəti ilə bağlı əziyyət çəkməsi, 2013-cü ildə qaraciyər transplantasiyası, 2017-ci ildə daxili qanaxma diaqnozu ilə əməliyyat keçirməsindən sonra ağır idman növləri ilə məşğul olmasının qəfil ölümə səbəb ola biləcəyi istisna edilməyib.
Qeyd edilənlərlə əlaqədar olaraq, 3 aprel 2019-cu ildə Bəybala Hüseynov Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul olunmaqla dinlənilib, ona hüquq və vəzifələri ətraflı izah edilib. Hazırda Baş Prokurorluq tərəfindən Emin Hüseynovun ölümünün səbəbini dəqiqləşdirmək məqsədilə təkrar kompleks məhkəmə-tibbi ekspertizasının keçirilməsi, həmçinin istintaqı aparan müstəntiqin Azərbaycanda aparılacaq prosessual hərəkətlərin keçirilməsi zamanı iştirak edilməsi ilə bağlı Türkiyə Respublikasının səlahiyyətli orqanlarına ünvanlanmış beynəlxalq sorğular hazırlanaraq qarşı tərəfə çatdırılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilib. Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirsinlər. 
Xatırladaq ki, mərhumun atası Bəybala Hüseynov iddia edir ki, oğlu zəhərlənərək öldürülüb. O, bu sui-qəsddə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininın rəhbər şəxsləri - rəis Kamran Əliyev və müavin Əli Nağıyeviittiham edir. B.Hüseynov Criminal.az saytına açıqlamasında oğlunun ölümündə dövlət adamlarından başqa gəlini və turizm şirkətinin rəhbərini də günahkar hesab edib: "Oğlum ölümündən 15 dəqiqə qabaq anası ilə telefonla danışarkən deyib ki, düşməni Əli Nağıyev və Fuad Rəsulovdur. Anası da deyib ki, telefonda ad çəkmə, atanla danışarsan. 15 dəqiqə sonra gəlib Eminə zəng etdim, artıq o ölmüşdü, komada idi, danışa bilmirdi. Cənazəni Azərbaycana gətirəndən sonra oğlumun sözünü xatırladım. Axı o demişdi düşmənim Əli Nağıyev və Fuad Rəsulovdur. Telefonu götürdüm ki, dostlarına nəsə yazıb deyə baxım. Baxdım ki, gəlinim Eminin telefonunda olan bütün məlumatları silib. Oğlumun ikinci telefonunu isə gəlinimin xalası oğlu dənizə atıb. Gəlinim, bir gün toparlanaraq evimdən qaçdı”.
Mərhumun atası B.Hüseynov uzun müddət şirkət rəhbəri olub. 2005-2012-ci illərdə Badamdar bələdiyyəsinin sədri olub. Həmin müddətdə hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini işləyən Əli Nağıyevlə münasibəti yaranıb.və oğlu Emin Hüseynovun işə düzəldilməsində də onun rolu olub. B.Hüseynov deyib ki, Bakı Dövlət Universitetlnin hüquq fäkültəsində ali təhsilini başa vurmuş övladı Emini işə düzəltmək məqsədlə 2014-cü ildə əvvəllər Əli Nağıyevlə görüşüb fikirini ona çatdırıb və 200 min ABŞ dolları məbləğində pul qarşılığında oğlunu Ə.Nağıyevin rəis müavini olduğu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə işə düzəldib. Lakin oğlunun ölümündən bir neçə gün qabaq iş otağı boşaldılıb və bu, onda böyük şübhələr yaradıb. Daha sonra oğlu həyat yoldaşı ilə Türkiyənin Antalya şəhərinə istirahətə yollanıb. İstirahətinin bitməsinə bir gün qalmış, 18 avqust 2017-ci il tarixdə müəmmalı şəkildə ölüb. 
Загрузка...
Загрузка...

Xəbər lenti