Baş prokuror Zakir Qaralov yola salınır - İddia

Baş prokuror Zakir Qaralov yola salınır - İddia
Загрузка...
Baş prokuror Zakir Qaralova öz postunda qalmaq üçün beşinci imkan verilməyəcək. Criminal.az-a daxil olan iddialara görə, Zakir Qaralov yaxın 2 həftə ərzində vəzifəsindən çıxarılacaq.
İddiaya görə, artıq baş prokurorun ətrafında olanların bir neçəsi də bu haqda məlumatlıdırlar. Postunu təkcə baş prokurorun deyil, onun bir neçə müavininin də itirəcəkləri deyilir.
Yada salaq ki, əvvəllər də Zakir Qaralovun postundan çıxarılacağı ilə bağlı dəfələrlə məlumatlar yayılıb.
Baş prokuror 20 ilə yaxındır həmin postu tutur. Hazırda 63 yaşı olan Z.Qaralov 2000-ci ildən baş prokuror postunu qoruyub saxlaya bilir.
Xatırladaq ki, "Prokurorluq haqqında" qanunun 16-cı maddəsinin 2-ci hissəsinə görə "Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilə bilməz"di. 2009-cu ildə Baş prokurora şamil edilən bu məhdudiyyət aradan qaldırıldı. 2009-cu ildə həmin maddə "Prokurorluq haqqında" qanundan çıxarıldı və 2010-cu ildə Zakir Qaralov 3-cü, 2015-ci ildə isə 4-cü dəfə bu vəzifəyə təyin edildi. Z.Qaralovun 5 illik prokurorluq səlahiyyətləri 2020-ci il aprelin 25-də başa çatır. 
Загрузка...
Загрузка...

Xəbər lenti