"Baş prokuror Beynəlxalq Bankdan 219.851.692,2 $ talan edilməsi barədə işə xitam verib"

Загрузка...
 Tanınmış vəkil Adil İsmayılov Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev, onun cinayət işi ilə bağlı yazıb. Criminal.az vəkilin həmin yazısını təqdim edir: 
BAŞ PROKUROR BEYNƏLXALQ BANKDAN 219.851.692,2 $ TALAN EDİLMƏSİ BARƏDƏ İŞƏ NECƏ XİTAM VERDİ
- Əvvəlki statuslardan yadınızdadır. Yazmışdım ki, Baş Prokuror Zakir Qaralovun sayəsində rəhbəri olduğu təşkilatın nüfuzu ildən ilə aşağı düşürdü. Təkcə MTN deyil digər Nazirliklər də onun başının üstündən istədikləri hərəkəti edirdi.
Baş prokurorun vəzifəsi qanunsuzluğun qarşısını almaq olsa da, o, əksinə bu qanunsuzluqları seyr edir, yeri gəldikdə, onların fəal iştirakçısına çevrilirdi. Onun cinayət xarakterli belə əməllərindən biri 2013-cü ilə təsadüf edir. Aşağıda bu barədə ətraflı oxuyacaqsınız.
ALMADIĞI 50 MİLYON DOLLAR KREDİTƏ GÖRƏ 5 İL CƏZA NECƏ VERİLDİ
2018-ci ildə Universitetdə mənimlə paralel jurnalistika fakültəsində oxuyan bir qadın iş yerimə gəlib mənə dərdini danışdı.
Məlum oldu ki, onun oğlunu Beynəlxalq Bankın cinayət işində Dünyamin Xəlilovla birlikdə həbs ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə 5(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
Apellyasiya məhkəməsi 26 dekabr 2017-ci il qərarı ilə cəzası 6 ay azaldılaraq 4 il 6 aya endirilib. Oğlunun heç bir günahı yoxdur, heç bir cinayət etmədiyi halda həbs olunub. Oğlu Dünyamin Xəlilovun çoxsaylı şirkətlərinən birinin formal təsisçisi və direktoru olub, bu şirkətin adına 50 milyon dollara yaxın kredit verilib.. Qadın indi Ali Məhkəməyə şikayət etmək istədiklərini, amma məhkəmənin nə isə edəcəyinə ümidlərinin olmadığını, güclü vəkilə ehtiyacları olduğunu dedi.
CİNAYƏT İŞİNİN BƏZİ CİLDLƏRİNİ HEÇ KİM OXUMAMIŞDI
Mən onu dinlədim, həmişə olduğu kimi heç nə vəd etmədim. Razılaşdıq ki, ilkin mərhələdə cinayət işinin materialları ilə tanış olacam. Bundan sonra işin materialları ilə tanış olmaq üçün Bakı Ağır Cinayətlər məhkəməsinə getdim.
Məlum oldu ki, iş orda yoxdur. Bu iş üzrə məhkum olunmuş şəxslərdən biri kassasiya şikayəti verdiyi üçün işi Ali Məhkəmə tələb edib. İşin hansı hakimdə olmasını öyrənib onun adına məktub yazdım. Mənə cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş etdim. 22 cilddən ibarət cinayət işinin materialları ilə təxminən bir ay ərzində tanış oldum.
İş materiallarını oxuyarkən artıq adət etdiyim mənzərə ilə rastlaşdım. İşin bəzi cildlərinin qatı ümumiyyətlə açılmamışdı. Həmin cildləri tikiləndən sonra birinci oxuyan şəxs mən idim. Baxmayaraq ki, iş 6 hakimin , üç prokurorun, iyirmiyə yaxın vəkilin əlindən keçmişdi, daha doğrusu keçməli idi. İşi oxuyub bütün zəruri sənədlərin surətlərini çıxartdım. Bundan sonra oxuyacaqlarınızın hamısı həmin sənədlərə və öz təşəbbüsümlə topladığım digər sənədlərə əsaslanır. Vaxtaşırı sənədlərin surətlərini paylaşacam.
MƏN CAHANGİR HACIYEVİ NECƏ TANIYIRAM
İşin mahiyyəti barədə yazmamışdan əvvəl bu suala cavab verməyi zəruri hesab edirəm. Səhifəmi və yazılarımı diqqətlə izləyənlərin yadında olar. Birinci dəfə bu işdən bir neçə ay əvvəl keçən ilin dekabrında status yazmışdım. Cinayət işinin materiallarını oxuyub qurtarandan sonra bəzi təəsüratlarımı bölüşmüşdüm. Bu statusdan sonra FB təcrübəmdə ilk dəfə səhifəmdə trollar peyda oldu və bir-iki nəfər sifarişli yazı paylaşdı.
Yazıların məzmunu belə idi ki, Adil İsmayılov Cahangir Hacıyevin işinə qoşulur, ya qoşulmaq istəyir, ona pullu və ya pulsuz vəkillik edir. Başlıqdakı suala cavab olaraq deyirəm Cahangir Hacıyevlə həyatda heç vaxt rastlaşmamışam, onu qiyabi tanıyıram.
Tanışlığımız Zakir Nəsirovun işinə görə olub. Hacıyevin vəkili olmamışam və olmaq fikrim də yoxdur. İnsan kimi onun hərəkətlərinə rəğbətim də yoxdur, qeyri-səmimi biri kimi qəbul edirəm. Yazdıqlarımdan sonra kimsə nəsə demək istəsə bunu nəzərə alsın...
davamı olacaq

Загрузка...
Загрузка...

Xəbər lenti