“Baş prokuror AZAL prezidentinin sifarişilə, sübutsuz-filansız oğlumu həbs etdirdi”

11 Yanvar 2022, 21:41
11 Yanvar
2022
21:41
1208
Solmaz İsmayılova: "Əgər sifarişlə oğlum haqqında ədalətsiz hökm çıxarılsa, müddətsiz aclığa başlayacam, intihar edəcəm”
"İdeal” mağazalar şəbəkəsinin yaradıcısı və keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun anası Solmaz İsmayılova yanvarın 11-də Baş Prokurorluğun qarşısında etiraz edib. O bildirib ki, heç bir cinayət törətmədiyi halda, AZAL prezidenti Cahangir Əsgərovun sifarişiylə həbs olunan oğluna ağır cəza vermək planlaşdırılır.
2021-ci ilin aprelindən həbsdə olan İlqar İsmayılovun işi üzrə məhkəmə prosesi yarım ilə yaxındır ki, davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işlə bağlı məhkəmə araşdırmaları yekunlaşıb.
Növbəti məhkəmə iclasında prokuror çıxış edərək, İlqar İsmayılova cəza istəyəcək.
Solmaz İsmayılovanın sözlərinə görə, müxtəlif mənbələrdən məlumat alıblar ki, prokuror İlqar İsmayılova 9 il azadlıqdan məhrumetmə cəzası istəyəcək, məhkəmə isə bir il azaldaraq, 8 il həbs cəzası kəsəcək:
"Bizdə məlumat var ki, Cahangir Əsgərova söz verilib. Amma buradan bəyan edirəm, kim rüşvət alıbsa, qaytarsın. Çünki oğlum haqqında sifarişlə ədalətsiz hökm çıxarılsa, ölənə qədər aclıq edəcəm, intihara belə əl atacam.
Prezident xəbər tutmalıdır ki, Cahangir Əsgərov və xanımı oğlumun dişi-dırnağıyla qazandıqlarını ələ keçirməklə kifayətlənməyib, bunları dilə gətirdiyinə görə onu həbsə atdırıb, bir ailəni məhv edirlər”.
49 yaşlı İlqar İsmayılovun "İdeal” şirkətini 1999-cu ildə təkbaşına təsis etdiyini, bilik və təcrübəsi sayəsində uğur qazandığını deyən anasının sözlərinə görə, 2011-ci ildə şirkətin bir hissəsini AZAL prezidentinin xanımı Zərifə Həmzəyeva alıb. Bir müddət sonra İlqar İsmayılov özündə qalan payın 25 faizini də Zərifə Həmzəyevaya verib. Solmaz İsmayılova deyir ki, qalan payını heç bir halda vermək istəməyən oğlu 2017-ci ildə saxta ittihamla həbs edilib. Həbsdə olduğu müddətdə qalan payı da əlindən alınıb, bundan sonra azadlığa buraxılıb.
"Cahangir Hacıyev ”İdeal” əmtəə nişanını, şirkətini oğlumun əlindən alıb, tam müflis vəziyyətə saldı. Onda vəd eləmişdi ki, "səninlə halallaşacam”. Bəs hanı halallıq? Sonra da dedi ki, "sus, otur, səsini çıxarsan, səni yenidən içəri atdıraram”. Oğlumsa susmadı, haqqını tələb elədi. Mən kirayədə yaşayıram. Oğlumun ailəsinin, uşaqlarının yaşadığı ev bankda girovdadır. 10 aydır oğlum həbsdədir. Heç oğlumun yanına yemək də aparmağa imkanım yoxdur. Bir insana, bir vətəndaşa bu zülm niyə edilir? Bütün hüquq sistemi yaxşı bilir ki, oğlum sifarişli həbs olunub. Bu həbsin heç bir qanuni əsası yoxdur. Baş prokuror Cahangir Əsgərovun bir sözüylə, sübutsuz-filansız oğlumu içəri saldı. İndi də sifarişlə 9 il iş istəyəcək”, – Solmaz İsmayılova bildirib.

İlqar İsmayılov və Zərifə Həmzəyeva
İlqar İsmayılov Zərifə Həmzəyeva ilə şəriklikdən sonra – 2013-2016-cı illərdə "İdeal”ın kassasından 680 min manat vəsait götürüb, öz ehtiyaclarına xərcləməkdə ittiham olunur. Onun özü isə bu ittihamı rədd edir, saxta olduğunu deyir. Vəkilləri də iş adamının həmin müddətdə İlqar İsmayılovun şirkətin kassasına 5 milyon 800 min manat vəsait köçürməsi haqda qəbz və başqa sənədləri məhkəməyə təqdim edib.
"Oğlum 8 aydır ki, bir məmurun sifarişilə, nahaqdan həbsdədi. Əvvəl susurdum, düşünürdüm ki, Cahangir Əsgərov yaşlı-başlı adamdır, başa düşər, oğlu yerində olan adamı nahaqdan cəzalandırmaq fikrindən əl çəkər. Amma yanıldım. Ümid edirəm ki, prezident, Mehriban xanım onun bu cür özbaşınalığına göz yumamayacaq”, – Solmaz Mustafayeva əlavə edib.
İş adamının anası Baş Prokurorluğun qəbul otağına getsə də, onu bu qurumun tabeliyindəki dövlət ittihamını müdafiə idarəsinə yönləndiriblər.
İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir, həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir.
İş adamı həbsindən bir neçə gün əvvəl "Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi "İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb.
Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.
"İdeal”ın idarəçiləri 2020-ci ildə "Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company”ə daxil edilib. "Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib.
AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva "Premium Bank”ın da əsas səhmdarı, "Gazelli Group”un da rəhbəridir.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
-
Manşet, Məhkəmə
MTN-də Prezident Adminstarsiyasının məsul işçisindən 10 milyon dollar rüşvət alınıb – işdə Ziyad Səmədzadənin adı hallanır!!!
-
Manşet, Məhkəmə
“Sanki mən Tofiq Yaqublu olduğumu sübut etməliyəm”