Baş Prokuroluqdakı süründürməçilik görün vətəndaşı nəyə əl atmağa vadar edib!

Baş Prokuroluqdakı süründürməçilik görün vətəndaşı nəyə əl atmağa vadar edib!
Загрузка...
Bakı Şəhər İcra Hakimiyyəti(BŞİH) Azərbaycan vətəndaşı Seymur Quliyevə Baş Prokurorluğun qarşısında təkadamlıq aksiya keçirməyə icazə verməyib. BŞİH pandemiye dövründə aksiyanın keçirilməsini məqsədə müvafiq saymayıb. Seymur Quliyev deyir ki, BŞİH-in bu dəlili ilə razı deyil və aksiya keçirməkdə israrlıdır. Seymur Quliyev belə bir aksiya keçirməyə cəhd edərkən saxlanılıb, izahat yazdıqdan sonra azad edilib.
O, yenidən BŞİH başçısı Eldar Əzizova müraciət edib: "Mən, Azərbaycan vətəndaşı Seymur İsrafil oğlu Quliyev Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq mülkiyyət hüququma (Konstitusiyanın 13-cü maddəsi) 9 ildir davam edən qəsdə, dövlət qurumlarında, hazırda isə Baş Prokurorluqda üzləşdiyim süründürməçiliyə etiraz nümayiş etdirmək, haqlı mövqeyimi ölkə ictimaiyyətinin, ölkə rəhbərliyinin diqqətinə çatdırmaq məqsədilə təkadamlıq aksiya keçirməyi qərara almışam. 182006067 nömrəli cinayət işi üzrə zərərçəkən qismində tanınsam da, Baş Prokuorluq 1 aydan çoxdur ki, həvalə qərarı verməkdən yayınır. Mənə qarşı baş verən cinayət – Hacı Qalib Salahzadə tərəfindən əmlakımın qəsb edilməsi, dağıdılaraq məhv olunması ilə bağlı istintaqın davam etdirilməsi qəsdən yubandırılır. Mən təkadamlıq aksiya keçirməklə baş prokuror Kamran Əliyevə çatdırmaq istəyirəm ki, rəhbərlik etdiyi qurumda vətəndaşlara qarşı sayığısızlıq, süründürməçilik baş götürüb gedir. Hər dəfə çağırıb qərarı verəcəklərini deyirlər, sonra isə növbəti gün qərarı verəcəkləri deyirlər. Bu süründürməçiliyə son qoyulmalıdır. Təkadamlıq aksiya keçirməyimin qarşısını alırlar. Baş prokuror Kamran Əliyev məni qəbul edib dinləsin”. 

Seymur Quliyev deyir ki, BŞİH-dən təkadamlıq aksiya keçirməklə bağlı müraciətinə cavab olaraq bildirilib ki, aksiyanın keçirilməsini məqsədəmüvafiq hesab etmirlər.
Seymur Quliyev bildirib ki, keçirməsini nəzərdə tutduğu aksiyada bu şüarları səsləndirmək niyyətindədir: "Cənab Prezident!!! Konstitusiyanın 13-cü maddəsi ilə təsbit olunan mülkiyyət hüququmu bərpa edin!” "Azərbaycan dövləti, Vətəndaş olaraq hüququmu bərpa elə! Konstutusiyanın 13-cü maddəsi: Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Harada müdafiə olunur? Yerini göstərin!” "Mülkiyyət hüququmuzu qəsb edən Hacı Qalib Salahzadə cəzalandırılsın! 9 illik məhkəmə-hüquq sistemi süründürməçiliyinə son qoyulsun!” Baş prokuror, 182006067 nömrəli cinayət işi üzrə həvalə qərarı verin! Səsləndirəcəyi bu şüarları transparantlarla da nümayiş etdirmək niyyətindədir.
Seymur Quliyev deyib ki, Qalib Salahzadə 2012-ci ildə onun özəl mülkiyyətində olan Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi ev 21 ünvanını zəbt edib. Həmin ünvanda yerləşən 2 və 3 mərtəbəli mülkləri dağıdıb. Bundan sonra o, məhkəmələrə üz tutub. Məhkəmələr Seymur Quliyevin xeyrinə qərar versələr də, Qalib Salahzadə bu gün də onun özəl mülkündən çıxmır, ərazini avtodayanacağa çevirməklə pul qazanır.
Seymur Quliyev bildirib ki, Qalib Salahzadə bu hərəkətlərə yol verərkən akademik Arif Paşayevin adını hallandırır: "Təkcə mənim torpağımı deyil, 28 üzvü olan "Posat” kooperativinin Bilgəhdəki ərazisini də zəbt edib. Kooperativ üzvlərinə də, mənə də Arif müəllimin adını hallandırıb. Atamla, anamla, vəkilimizlə Arif müəllimin yanında olmuşuq. Qalibə tapşırıb ki, get, bu adamların problemini həll elə. Ona yanımızda çox ağır sözlər deyib. Həmin söhbətdən 3 il keçib. Bu gün Qalib ona verilən tapşırığı icra etməyib. Arif müəllimin qəbuluna düşə bilmirik. Onun sürücüsü Elman Qaliblə əlbir olub bizi Arif müəllimin qəbuluna buraxmır”.
Seymur Quliyev bildirib ki, bu gün Qalib Salahzadə onun özəl mülkiyyətində olan torpaqdan özünü "Şəbəkə” restoranının avtodayanacağı kimi istifadə edir.

Xəbər lenti