Baş nazirin müavini Hacıbala Abutalıbovun vəzifəli şəxsə qəzəbli telefon zəngi - "DAYANDIRIN YIĞILAN PULLARI!" Baş nazirin müavini Hacıbala Abutalıbovun vəzifəli şəxsə qəzəbli telefon zəngi -

Baş nazirin müavini Hacıbala Abutalıbovun vəzifəli şəxsə qəzəbli telefon zəngi -
Загрузка...
 Son günlər Bakıda kütləvi şəkildə cərimələnən və buna etiraz edən yük maşınları sürücüləri ötən gün Nazirlər Kabinetinin qarşısına yollanıblar. Etirazlarını bildirmək üçün toplaşan sürücülərin qarşısına baş nazirin müavini Hacıbala Abutalıbov çıxıb. O, sürücülərin nəyə görə oktyabrın 26-dan bu yana yük avtomobilləri ilə şəhərin mərkəzinə daxil olduqları üçün kütləvi cərimləndikləri, bu məsələdə bəzi yükdaşıma şirkətlərinə məxsus avtomobillərə isə göz yumulduğu barədə telefonla DYP rəhbərliyindən kiməsə suallar verib. 
Abutalıbovun zənginə cavab verən şəxs məsələni araşdırıb cavab verəcəyini bildirib. Bir neçə dəqiqə sonra baş nazirin müavini ilə DYP rəhbərliyində yer alan vəzifəli şəxs arasında (bəzi məlumatlara görə söhbət DYP rəisi, general Ramiz Zeynalovdan gedir) aşağıdakı telefon danışığı olub:
Belə görünür ki, H.Abutalıbovun DYP rəhbərliyi ilə qəzəbli telefon danışığı nəticə verib. Sürücülərin etirazları ilə bağlı BDYPİ-nin Yol Patrul Xidməti (YPX) şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, günün pik saatlarında paytaxta daxil olduqları üçün oktyabrın 26-dan bu vaxta qədər cərimələnən sürücülərə tətbiq edilən təxminən 200-ə yaxın protokol ləğv ediləcək.
"Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, bu məsələyə güzəştlər tətbiq ediləcək. Amma bu, son güzəşt olacaq. Çünki yol polisi bu tip qayda pozuntularına qarşı mübarizəni gücləndirir. Bu gündən heç bir sürücüyə güzəşt olunmayacaq. Çünki paytaxtın həm şimal, həm də cənub girişində bir neçə ərazidə yük avtomobillərinin giriş saatını bildirən nişanlar qoyulub. Üstəlik, bu cür qayda pozuntularına texniki vasitələrlə də nəzarət gücləndirilib”-K.Əliyev bildirib.
Загрузка...
Загрузка...

Xəbər lenti

Digər xəbərlər