Baş nazir karantin rejimi ilə bağlı qərara dəyişiklik edib

Baş nazir karantin rejimi ilə bağlı qərara dəyişiklik edib
Загрузка...
"E-Təbib” mobil tətbiqində icazələrin alınması qaydası müəyyənləşib
Baş nazir Əli Əsədov "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edib. Baş nazir bu barədə qərarı iyunun 25-də imzalayıb. Bildirilib ki, "E-Təbib” mobil tətbiqində icazələrin alınması qaydası müəyyənləşib. İcazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:
- tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;
- mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn "OTP” kodu daxil edilir;
- giriş etdikdən sonra "lisenziya razılaşma” bölməsinədaxil olunur, razılaşdıqdan sonra "təsdiq edirəm” düyməsi sıxılır;
- "Bluetooth” və "GPS” sistemi işlək vəziyyətə gətirilir: açılan əsas səhifədə "icazələr” bölməsinə keçd edilir; tələb olunan "FİN” kodu və doğum tarixi daxil edilir;
icazənin növü seçilir (1 və ya 2);
"Göndər” düyməsi sıxılır;
- "Təsdiq” və ya "İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;
- "Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.”.
1.8-ci bəndin birinci cümləsinə "SMS-məlumatda” sözlərindən sonra "və ya E-Təbib” mobil tətbiqində” sözləri əlavə edilsin.
1.9-cu bəndin birinci cümləsinə "göndərilməsi” sözündən sonra "və ya "E-Təbib” mobil tətbiqi vasitəsilə icazənin alınması” sözləri və ikinci cümləsinə "göndərilmədən” sözündən sonra "və ya "E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan” sözləri əlavə edilsin.
1.10-cu bənddə "və SMS göndərilməsi” sözləri ", SMS göndərilməsi və "E-Təbib” mobil tətbiqindən istifadə” sözləri ilə əvəz edilsin. 4-cü hissəyə "SMS sistemi” sözlərindən sonra "və ya "E-Təbib” mobil tətbiqi” sözləri əlavə edilsin.
6-cı hissə aşağıdakı redaksiyada verilsin:
"6. Müəyyən edilsin ki: 6.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır;
6.2. bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır;
6.3. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır”.

Xəbər lenti