Baş bankirin kürəkəni bu dəfə Türkiyədə şirkət açdı Baş bankirin kürəkəni bu dəfə Türkiyədə şirkət açdı

Baş bankirin kürəkəni bu dəfə Türkiyədə şirkət açdı
Загрузка...
Baş bankir Elman Rüstəmovun kürəkəni və Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin haqqında bu qədər yazdıq, İngiltərəyə, Çexiyaya daşıdıqlarını araşdırıb ortaya çıxardıq, amma adam dayanmaq bilmir. Niyə? Çünki nə bu işbaz cənabdan, nə onun arxasında dayanan atasından və qaynatasından o milyonların Avropaya haradan və necə axdığını soruşan olmayıb. O qədər rezonansa, səs-küyə səbəb olan sənədlərin, faktların qarşısında özlərini veclərinə də deyilmiş kimi apardılar. Jurnalist Cavanşir Həsənli araşdırıb ki, C.Əhməfxadə indi yenisini açıb. Bu dəfə Türkiyədə.
Baş bankirin kürəkəni HORİZONİST DIŞ TİCARET LİMİTED şirkətini ötən ayın 1-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçirib. Şirkət üçün İstanbulun Sarıyer bölgəsində, MASLAK MAH. AOS 55.SOK. 42 MASLAK SİT. NO:2/7 ünvanında ofis götürüb.
Cuma Əhmədzadə Türkiyədə nə işlər çevirəcək?
Əslində nə işlər çevirməyəcək? HORİZONİST DIŞ TİCARET LİMİTED-in nizamnaməsinə görə, topdan xarici ticarətlə, yəni Türkiyədən Avropaya ixracla məşğul olacaq, Avropadan Türkiyəyə avadanlıqlar gətirəcək, bu şirkət üzətindən digər şirkətlərə sərmayə yönəldərək ortaqlıq əldə edəcək, daşınmaz əmlaklar əldə edəcək. Yəni daşımağa davam edəcəklər.
Загрузка...
Загрузка...

Xəbər lenti