''Barəmdə belə bir absurd təqib aparılır''

''Barəmdə belə bir absurd təqib aparılır''
Загрузка...
 Dekabrın 21-də Vəkillər Kollegiyasının İntizam Komissiyasının iclasında vəkil Elçin Sadıqovun məsələsinə baxılıb. Bu barədə vəkil Elçin Sadıqov "Facebook” səhifəsində məlumat paylaşıb. Vəkil yazıb ki, Respublika Prokurorluğu əvvəl Vəkillər Kollegiyasının sorğuna cavab olaraq Yunis Səfərovun 5 sentyabr 2018-ci il tarixdən sonrakı tarix üzrə "ərizəsini” təqdim etmişdi ki, ona təzyiq göstərib. Guya vəkil təzyiq edib ki, o, istintaq zamanı və Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qalması barədə ifadə versin.
Əslində isə Respublika Prokurorluğu sentyabrın 4-də Elşin Sadıqovu Yunis Səfərovun vəkilliyindən kənarlaşdırıb və bir gün sonra Vəkillər Kollegiyasına şikayət edib: "Sonradan prokurorluq başa düşdü ki, axı, o, aydınlıq gətirməlidir, mənim Yunislə söhbətim 4 sentyabrda ona necə məlum olub. Bunu pərdələmək üçün işə yeni bir məktub əlavə edilib. Guya Yunis Səfərov 28 avqust 2018-ci ildə Penitensiar Xidmətin rəisi, cənab Ceyhun Həsənova məktub yazaraq istintaq zamanı və Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan zaman işgəncəyə məruz qalmadığını və mənim onun işgəncəyə məruz qaldığını zənn etdiyimi, bu barədə şikayət etməyi təkid etdiyimi yazıb. Halbuki, Yunis Səfərov həbsdə saxlanılan şəxs olduğundan mütləqdir ki, onun məktubu BİT rəisinin müqvafiq müşayiətedici məktubu ilə dəftərxana qeydləri aparılmaqla poçt vasitəsilə göndərilsin. Qeyd edilənlərin heç biri ərizədə yoxdur. Məktubdan belə başa düşmək olar ki, Yunis məktubu yazıb və onu kağız təyyarə formasına salaraq uçurdub. Məktub da Penitensiar Xidmətə yox, Baş Prokurorluğa uçub gəlib”.
Vəkilin sözlərinə görə, o, Yunis Səfərova gələn və ondan gedən məktubları yoxlatdırıb. Məlum olub ki, 1 -5 avqust 2018-ci il tarixlərində ona heç bir məktub gəlməyib və ondan heç yerə məktub getməyib. Vəkil həmin məktubun BİT-in dəftərxanasına nə vaxt daxil olması barədə məktubların qeydiyyatı kitabının gətirilməsini, həmin məktubun nə vaxt poçta verilməsi və Penitensiar Xİdmətə çatması barədə poçt qeydlərinin (konvertin üzərindəki möhürlər olmaqla) və tranzaksiya nömrələrinin, poçtun çəkisi barədə məlumatın "Azərpoçt”dan alınmasını tələb edib.
"Ümumiyyətlə, Yunis Səfərov ifadəsində istintaq və BİT-də işgəncəyə məruz qalması ilə bağlı heç nə deməyib. Prokurorluq Yunis Səfərovun ifadəsi ilə mətbuatda yazılan məlumatları səhv salıb, qarışdırıb. Həmin məktubun saxtalığı həm də ondan görünür ki, məktub "yazıldıqdan” üç gün sonra, yəni 01.09.2018-ci ildə elə Yunis Səfərovun özü işgəncəyə məruz qalması barədə ifadə verib”, - deyə Elçin Sadıqov yazır.
İntizam Komissiyası vəkilə bildirib ki, rəyi sonra tərtib edib onunla tanış edəcəklər: "Beləliklə, barəmdə belə bir absurd təqib aparılır”. Bu il, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalıb. Hadisə ilə bağlı Rusiya vətəndaşı, əslən gəncəli olan Yunis Sə
fərov həbs edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti