"Bandotdel" tutan narkotacirlərin polislərlə səmimi fotosu yayıldı

Загрузка...
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şabran rayonunda uğurlu əməliyyat keçirib. Criminal.az xəbər verir ki, əməliyyat nəticəsində rayon ərazisində narkotik becərməklə və satışı ilə məşğul olan mütəşəkkil dəstə ələ keçib.
İdarə əməkdaşlarının Güləndi kəndində və "Stansiya Şabran" kimi tanınnan ərazidə keçirdikləri əməliyyat nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb. Əməliyyatçılar ilk olaraq Şabran stansiyası ərazisindəki kafedə Anar, Elşən və Mehdi adlı şəxsləri yaxalayıb, daha sonra Samir adlı şəxsi 200 ədəd çətənə kolunu "VAZ-2107" markalı avtomobilə yükləyərək izi itirmək istəyərkən qandallayıb.
 
Criminal.az saytının redaksiyasına tutulan şəxslərlə bağlılığı olan fotofakt daxil olub. Fotodan görünür ki, bir süfrə arxasında rayonun Post-patrul xidmətinin rəisi Zəbişah İsmayılov və cinayət-axtarış bölməsinin əməliyyatçı Çingiz Musayev əyləşiblər. Şəkildən belə görünür ki, onların yaxşı münasibətləri var. Yəqin ki, istintaq bu əlaqələrin narkotik tacirlərinin uzun müddət azadlıqda qalması ilə əlaqəli olub-olmamasını araşdıracaq. İddia etmirik ki, polislər onları himayə edib və ya onlara dəstək veriblər. Sadəcə bir süfrə arxasında, içki məclisində oturduqları fotodan yaxın münasibətdə olduqları aydın gürünür. 
Məlumat üçün bildirək ki, Şahin məşhur futbolçu, Azərbaycan milli komadasının qapıçısı Kamran Ağayevin bibisi oğludur.
Əməliyyatla bağlı hələlik rəsmi açıqlama verilməyib. 
Загрузка...
Загрузка...

Xəbər lenti

Digər xəbərlər