“Bandotdel” deputatın adamını həbs etdi

“Bandotdel” deputatın adamını həbs etdi
Загрузка...
Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Aydın Əhmədov həbs edilib. Unikal.org-un əldə etdiyi məlumata görə, federasiya rəsmisi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 2 gün öncə saxlanılıb.
 
İddia olunur ki, onun həbs edilməsinə səbəb vətəndaşlardan dələduzluq yolu ilə 10 milyon manat mənimsəməsidir.
 
Məlumata görə, Aydın Əhmədov Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
 
Xatırladaq ki, AKF-nin prezidenti, millət vəkili Adil Əliyev Aydın Əhmədovu ötən ilin aprel ayında quruma vitse-prezident təyin edib.  Bundan əlavə A.Əhmədov AKF-nin tərkibində yer alan "Euro Fight” klubunun direktoru olmaqla yanaşı, "Premium Travel” şirkətinin rəhbəridir.
Загрузка...
Загрузка...

Xəbər lenti