''Balabəyin evi'' dağıdıldı - FOTO

''Balabəyin evi'' dağıdıldı - FOTO
Загрузка...

Ağstafa rayonunda tarifi abidə dağıdılıb. Rayonun Dağkəsəmən kənd sakini Ələsgər Muradov Criminal.az-a bildirib ki, kənddə babamın 1804-cü ildə tikdirdiyi “Balabəyin evi” adlı tarixi abidə naməlum kənd sakinləri tərəfindən dağıdılıb. Tarixi abidə Nazirlər Kabinetinin 2001-ci ildə, 132 nömrəli qərarı ilə dövlət tərəfindən qeydiyyata alınıb.

M.Ələsgərovun sözlərinə görö, invertar nömrəsi 4076 olan abidəyə, müraciətim əsasında 2015-ci ildə dövlət təfindən baxış keçirildi və abidəyə heç bir kənar müdaxilənin qeydə alınmadığı bildirildi ''Lakin bu ilin mart ayının 26-sı günü kənddə olarkən gurultu eşitdim və həmin abidənin olduğu yerdən toz duman yüksəldiyini gördüm. Ərazinin kənd sakini Muradov Alik Fuad oğlu tərəfindən hasara alındığından əraziyə yaxınlaşa bilmədim. Hadisə barədə Mədəniyyət və Turizm Nazirliyinə, Rayon İcra Hakimiyyətinə, Polis Şöbəsinə müraciət etdim. Hal-hazırda araşdırma aparılır. Babamdan bizə qalan tarixi abidənin kimlərinsə şəxsi maraqları üçün dağıdılmaması üçün mətbuat vasitəsi ilə içtimailəşdirilməsini sizdən xahiş etdim. Bura heç mənim babamında olmasa tarixi abidənin dağıdılmasına necə göz yuma bilərəm, belə abidələri qorumaq bizim vətəndaşlıq borcumuzdur. Sizdən artıq dərəcədə xahiş edirəm dövlətimiz tərəfindən qorunan bu abidəni dağıdanların layiqli cəzasını alması üçün mətbuat vasitəsi ilə müvafiq orqanlara çatdırlımasını təmin edəsiniz. Bildirmək istəyirəm ki, 200-dən çox yaşı olan “Balabəyin evi” abidəsinin Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə 2016-2019-su illər arasında tam bərpası nəzərdə tutulur''.

Criminal.az

Xəbər lenti