"Bala Heydər"in oğlu Bakıda azyaşlını öldürdü - SENSASİON TƏFƏRRÜAT

Загрузка...
"Bala Heydər" kimi tanınan Heydər Əliyevin oğlu Nihad Əliyev ölümlə nəticələnən qəza törədib. Criminal.az xəbər verir ki, N.Əliyev noyabr ayında Xəzər rayonu ərazisində Kia Gadenza markalı avtomillə azyaşlını vurub.
Hadisə piyada keçidində baş verib. O, yüksək sürətlə nəqliyat vasitəsini idarə edərkən dəhşətli qəzanı törədib. 
Ölüm hadisəsi "Bala Heydər"in səyləri nəticəsində ictimaiyyətdən gizlədilib.
Maraqlıdır ki, qəzadan sonra N.Əliyev həbs olunmayıb. Məhkəmə isə azyaşlının ölümü, anasının yaralanması ilə nəticələnən ağır yol qəzasına cəmi 1 il şərti cəza verib. 
Bir neçə il öncə Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı qanunlar sərtləşdirilib. Qanunlardakı dəyişikliklərə qədər qəza törədən sürücülər əksər hallarda həbs olunmurdu. Bu da öz növbəsində zərərçəkənlərin haqlı narazılığına səbəb olurdu. Qanunların sərtləşdirilməsi də bu kimi narazılıqların aradan qaldırılmasına xidmət etməli idi. Maddi imkanları geniş olan bu və ya digər şəxslərlə bağlı isə qanunun sərt üzü tətbiq olunmur.
 "Qorqud Holdinq”in prezidenti olan Bala Heydər qalmaqallı iş adamı kimi tanınır.  
Загрузка...
Загрузка...

Xəbər lenti