Bakıya narkotik gətirirdi, postda saxlanıldı

Bakıya narkotik gətirirdi, postda saxlanıldı
Загрузка...
Xaçmazdan Bakıya satmaq üçün narkotik vasitə gətirən şəxs saxlanılıb.
Criminal.az-ınn DİN-ə istinadən verdiyi xəbərə görə, Baş Narkotiklərlə Mübarizə və Baş Dövlət Yol Polis İdarələrinin əməkdaşları tərəfindən Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Mübariz Novruzi paytaxt istiqamətində hərəkətdə olan zaman onun sərnişin kimi əyləşdiyi avtomobil Saray qəsəbəsində yerləşən stasionar postunda saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 251,189 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin və 250,015 qram tiryək aşkar ediklərək götürülüb. M.Novruzi ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə Bakı şəhərinə apardığını etiraf edib. Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti