Bakının yeni hərbi prokuroru Xanlar Vəliyevin bacısının kürəkənidir

Bakının yeni hərbi prokuroru Xanlar Vəliyevin bacısının kürəkənidir
Загрузка...
Bu gün Bakının hərbi prokuroru təyin edilən İlyas Rzayevin bioqrafiyası cəmiyyət tərəfindən maraq doğurub. Criminal.az-ın verdiyi xəbərə görə, Rzayev İlyas Ramiz oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib.
2005-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul edilərək, ərazi hərbi prokurorluqlarında müstəntiq, böyük müstəntiq, Hərbi Prokurorluğun Hərbi prokurorluqlarda istintaqa nəzarət və Dövlət ittihamının müdafiəsi üzrə şöbələrinin prokuroru, Hərbi Prokurorun köməkçisi, böyük köməkçisi, Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifələrində qulluq keçib.
İ.R.Rzayev prokurorluq orqanlarında qulluq keçdiyi müddətdə dəfələrlə mükafatlandırılıb. Baş Prokurorun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin edilib. Ailəlidir, iki oğul və bir qız övladı var. 
İ.Rzayev Respublika hərbi prokuroru Xanlar Vəliyevin yaxın qohumudur. O, Xanlar Vəliyevin bacısının kürəkənidir.
Загрузка...
Загрузка...

Xəbər lenti