Bakının məşhur avtoşu öldürüldü Bakının məşhur avtoşu öldürüldü

Bakının məşhur avtoşu öldürüldü
Загрузка...
Bakı şəhərinin Şüvəlan qəsəbəsində 2 nəfər güllələnib. Publika.az xəbər verir ki, dünən günorta saatlarında Şərifov Vüqar Bəxtiyar oğlu qəsəbə sakini Babayev Cabir Yaşar oğlunu güllələyərək öldürüb. O, polisə gələrək könüllü şəkildə təslim olub.
Bildirilir ki, qətlə yetirilən Cabir Babayev Bakının məşhur avtoşlarından olub və "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə "şram” atıb. O da həmin şəxsi güllələmək istəyib və bu zaman güllə Cabirə tuş gəlib.
Dünən Şüvəlan qəsəbəsinin başqa hissəsində də güllələnmə olub. Qəsəbədəki Maşınqayırma pansionatının yaxınlığında 1986-cı il təvəllüdlü Əliyev Qorxmaz Adil oğlu qohumu, 1979-cu il təvəllüdlü Quliyev Sərvər Məmməd oğlunu güllələyib. Ağır xəsarət alan S.Quliyev xəstəxanaya çatdırılıb.
Bildirilir ki, Qorxmaz Əliyev maşınından qəfil silah götürərək atəş açıb. Hadisənin səbəbi hələlik məlum deyil.
Загрузка...
Загрузка...

Xəbər lenti