Bakının mərkəzində qan töküldü Bakının mərkəzində qan töküldü

Bakının mərkəzində qan töküldü
Загрузка...
Bakıda gənc oğlan küçənin ortasında bıçaqlandı. Bu barədə "Azxəbər”-in sorğusuna cavab olaraq, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, 1992-ci təvəllüdlü Bakı şəhər sakini R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi RPİ Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılaraq, müvafiq polis şöbəsinə təhvil verilib.
Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatları öyrənilir, xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, xəstəxanaya yerləşdirilib.
Загрузка...
Загрузка...

Xəbər lenti